22 May 2019 00:34
1073
Mədəniyyət
A- A+

Milli Azərbaycan Tarixi Muzeyində Sara Tağıyevanın 120 illiyi qeyd olunub


Mayın 21-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevanın anadan olmasının 120 illiyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı Sara Tağıyevanın keşməkeşli, eyni zamanda, şərəfli ömür yolundan danışıb, onunla bağlı xatirələrini söyləyib.

MATM-ın elmi katibi, dosent Fərhad Cabbarov Sara Tağıyevanın atası Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətinin tanıdılmasında rolu və muzeyin fondlarında ona aid qorunan zəngin sənədli materiallar haqqında məlumat verib.

Tədbirdə çıxış edən "Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Hacı Zeynalabdin Tağıyevin böyük mesenat olduğunu deyib. Vurğulayıb ki, "Kaspi” qəzetinin milliləşdirilərək nəşr etdirilməsində Hacı Zeynalabdin Tağıyevin müstəsna xidmətləri olub. Qəzet ictimai şüurun, milli təfəkkürün inkişafında mühüm rol oynayıb.

Sona Vəliyeva, həmçinin Hacı Zeynalabdin Tağıyevin geniş xeyriyyəçilik fəaliyyəti göstərdiyini, maarifçiliyin inkişafına daim böyük dəstək verdiyini qeyd edib. Məşhur xeyriyyəçinin qızı Sara Tağıyevanın anadan olmasının 120 illiyinə həsr edilən tədbirin əhəmiyyətini vurğulayıb.

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova Sara Tağıyevanın keçdiyi ömür yolu ilə bağlı fikirlərini bölüşüb.

Kinorejissor Ayaz Salayev, Xəzər rayonu H.Z.Tağıyev adına 123 nömrəli orta məktəbin direktor müavini Gülnarə Əzimova, tədqiqatçı Fuad Axundov, Tağıyev nəslinin yaxınlarından olan Elnur Musazadə və digər çıxış edənlər də Sara Tağıyevanın xidmətlərindən danışıblar.

Sonra Sara Tağıyeva haqqında televiziya filmindən fraqmentlər nümayiş etdirilib. Muzeyin nəzdindəki "Hacı Zeynalabdin Tağıyev klubu”nun üzvlərinin ifasında Teyyub Qurbanlının "Sara” poeması əsasında ədəbi-bədii kompozisiya göstərilib. Klubun üzvlərinə sertifikatlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video