Alternative content

00:05 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
18:04 18.06.2019 Çində güclü zəlzələ
18:04 18.06.2019 Platini həbs olundu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda əfsanəvi ingilis personajlarının paradı keçirilir
Bakıda əfsanəvi ingilis personajlarının paradı keçirilir
ANA SƏHİFƏ / İDMAN
00:32 22.05.2019


Dünən UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçı ilə əlaqədar yerli Təşkilat komitəsi paytaxtda maraqlı layihəyə start verib.

Belə ki, mayın 29-u - final qarşılaşmasının keçiriləcəyi günə qədər əfsanəvi ingilis personajları - Ceyms Bond, Böyük Britaniya Kraliçası II Elizabet, onun mühafizə dəstəsi, "Bitlz” rok qrupunun, dünya şöhrətli komediya ustası Çarli Çaplin, "Queen” qrupunun vokalisti Freddi Merküri, "Alisa möcüzələr diyarında” əsərinin qəhrəmanları, Harri Potter və dostları, ingilis xalqının sevimli nağıl qəhrəmanı - Robin Qud, dahi dramaturq Uilyam Şekspir, xəfiyyə Şerlok Holms və digərləri Bakının müxtəlif yerlərində musiqili parad nümayiş etdirəcəklər.

Dünənki parad "Port Baku Mall”dan başlayaraq Kukla Teatrını, Nizami küçəsini, Qoşa Qala qapısını əhatə edib. Paradın qəhrəmanları sakinlər tərəfindən maraqla qarşılanıb, onlarla şəkillər çəkdirilib. Personajların növbəti günlərdə Bakının hansı səmtində gəzintiyə çıxacağı sürpriz olduğu üçün ictimaiyyətə açıqlanmır.

Tanınmış ingilis qəhrəmanların personajlarının sonuncu dayanacağı mayın 29-da UEFA Avropa Liqasının final qarşılaşmasının keçiriləcəyi Bakı Olimpiya Stadionu olacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM