Alternative content

22:27 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda qadınlara həsr olunmuş sərgi açılıb
Bakıda qadınlara həsr olunmuş sərgi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
23:49 21.05.2019

Mayın 21-də Müasir İncəsənət Muzeyində Əməkdar rəssam Eldar Qurbanovun "Amore Mio" adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Xəyyam Abdinov sərgini açaraq onun açılışına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. X.Abdinov rəssamın həyat və yaradıcılığından söhbət açaraq bildirib ki, fırça ustasının ilk fərdi sərgisi 1987-ci ildə keçirilib. O, ABŞ, Çexiya, Fransa, Bolqarıstan, Polşa, Suriya, Meksika və başqa ölkələrdə təşkil edilmiş sərgilərdə də iştirak edib. E.Qurbanov 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı adına layiq görülüb.

Ekspozisiyaya daxil olan əsərləri yüksək qiymətləndirən Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömar Eldarov sərginin böyük uğur qazanacağına əmin olduğunu bildirib. O deyib: "Eldar Qurbanov "Amore Mio" sərgisi üçün qadınların təsvir olunduğu gözəl əsərlər yaradıb. Bu tablolar həm də ona görə gözəldir ki, qadın dünyasına dərindən nüfuz edir. Sərginin adının özü zərif cinsin nümayəndələrinə bəslənilən sevgidən və məftunluq hisslərindən xəbər verir”.

Sonra sərgiyə gələnlər avanqard janrında yaradılmış 20-dən çox tablodan ibarət ekspozisiya və bir videoişlə tanış olublar. Sərginin kuratorları Samirə Səfi və Lana Sokolovadır.

Sərgi mayın 22-dək davam edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM