Alternative content

16:43 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Elmlər Akademiyasının prezidenti İnformasiya Texnologiyaları İnstitutunda olub
Rusiya Elmlər Akademiyasının prezidenti İnformasiya Texnologiyaları İnstitutunda olub
ANA SƏHİFƏ / Elm və texnika
21:31 21.05.2019

Ölkəmizə səfərə gəlmiş Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi institutun yaranma tarixi haqqında məlumat verib. O, qurumun 1971-ci ildə akademiyanın Kibernetika İnstitutunun nəzdində avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsi kimi fəaliyyətə başladığını deyib. İnstitutun qısa müddət ərzində İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan quruma çevrildiyini vurğulayan akademik burada informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinin araşdırıldığını söyləyib. Akademik Rasim Əliquliyev qurumun elmi tədqiqatlar, tədris-innovasiya, e-kitabxana, multimedia, eləcə də "AzScienceNet” elm kompüter şəbəkəsinin Data Mərkəz, internet xidmətləri mərkəzləri, şəbəkə təhlükəsizliyi və "AzScienceCERT” kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırıb. "AzScienceNet” şəbəkəsinin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyən akademik Rasim Əliquliyev bildirib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun "AzScienceNet” şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdir. Data Mərkəzdə mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemləri mövcuddur.

İnstitutda Big Data analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə müvafiq aparıldığını bildirən akademik fundamental tədqiqatlar sahəsində REA ilə əlaqələrin inkişafı və möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Akademikin sözlərinə görə, informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin həlli, müxtəlif elmi-nəzəri əsasların dərindən öyrənilməsi, əldə edilən biliklərin, yeni ideya və həllərin cəmiyyətə inteqrasiyası, yüksək nəticələrin əldə edilməsi məqsədlərinə xidmət edən birgə tədqiqatların aparılması institutun fəaliyyətində başlıca hədəflərdəndir.

Rasim Əliquliyev REA-nın A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu da nəzərə çatdırıb. O, rəhbərlik etdiyi qurumun müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak etdiyini qeyd edərək institutun elektron elmin formalaşdırılmasına mütəmadi dəstək göstərdiyini vurğulayıb.

İnstitut direktoru fundamental istiqamətlər üzrə problemlərin müzakirəsi üçün hər il müxtəlif səpkili konfrans və seminarların keçirildiyini deyib. Alim cari ildə fərdi məlumatların mühafizəsi, eləcə də "Data Science”in çoxaspektli problemlərinin müzakirəsi üçün konfranslar keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Rasim Əliquliyev, həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verib, burada respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu, AMEA-nın magistrlərinə ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili, distant kursların, seminar və konfransların təşkili, eləcə də ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstək göstərildiyini diqqətə çatdırıb.

REA-nın prezidenti, akademik Aleksandr Sergeyev institutda yaradılmış şəraiti yüksək qiymətləndirib, sual və təkliflərini səsləndirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM