21 May 2019 17:15
512
DÜNYA
A- A+

Vidodo İndoneziyada prezident seçkilərində qələbə qazandı



İndoneziyanın hazırkı dövlət başçısı Coko Vidodo ölkədə keçirilmiş prezident seçkilərində qələbə qazanmışdır və ikinci müddətə dövlət başçısı kimi qalır. Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat vermişdir.
Bütün səslər sayıldıqdan sonra Vidodo 55,5 faiz səs toplamışdır. Onun yeganə rəqibi – müxalifətçi namizəd Prabovo Subiantonu seçicilərin 44,5 faizi dəstəkləmişdir.
Nəticələr elan olunmazdan əvvəl Subianto keçirilmiş seçkiləri yoxlamağı tələb etmişdir. Onun komandasının hesablamalarına görə, azı 73 min məntəqədə seçkilər zamanı müxtəlif qanun pozuntuları qeydə alınmışdır. Səsvermə hüququ olan təxminən 6,7 milyon nəfər seçkilərə gəlmək üçün dəvət almamışdır.
İndoneziyada ümumxalq seçkiləri ötən ayın 17-də keçirilmişdir. Vətəndaşlar Prezidenti, parlamentin iki palatasının deputatlarını və yerli qanunvericiləri seçmişlər. Ümumilikdə seçkilərdə 20 min yerə iddia edən təxminən 240 min namizəd iştirak etmişdir. 193 milyon seçicinin təqribən 80 faizi səs vermişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video