Alternative content

16:03 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ döyüş gəmilərinin sayını 355-ə çatdırmaq niyyətindədir
ABŞ döyüş gəmilərinin sayını 355-ə çatdırmaq niyyətindədir
ANA SƏHİFƏ / DÜNYA
17:13 21.05.2019


ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkənin hərbi dəniz qüvvələrinin döyüş gəmilərinin sayını 355-ə çatdırmaq niyyətindədir. Bu barədə Florida ştatının Ceksonvill şəhərindəki hərbi dəniz aviasiyası bazasında hərbi qulluqçular qarşısında çıxış edərkən vitse-prezident Maykl Pens məlumat vermişdir
Pens qeyd etmişdir ki, Prezident Tramp 350-dən çox gəmidən ibarət donanma yaratmağı tapşırmışdır və bu tapşırıq icra olunur. O əlavə etmişdir ki, "biz ABŞ Silahlı Qüvvələrinin tarixdə ən güclü ordu olması üçün Konqreslə və hər iki siyasi partiyanın liderləri ilə işbirliyini davam etdirəcəyik”.
Vitse-prezidentin dediyinə görə, yeni maliyyə ili üçün büdcə layihəsində ABŞ hərbi dəniz qüvvələrinə 12 yeni döyüş gəmisi almaq üçün vəsait ayrılması məsələsi var: "Gələcək illər üçün büdcə sorğuları çərçivəsində 55 gəminin inşasını maliyyələşdirəcəyik və təxminən 10 il ərzində ABŞ-ın hərbi gəmilərinin sayını 355-ə çatdıracağıq”.
"Heritage Foundation” təşkilatının məlumatına görə, ötən ilin axırlarında ABŞ hərbi dəniz qüvvələrinin tərkibində 284 döyüş gəmisi var idi. Bu, 2017-ci illə müqayisədə 12 gəmi çoxdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM