21 May 2019 16:58
1005
Mədəniyyət
A- A+

Dövlət Uşaq Filarmoniyasının təmir və yenidənqurma işlərindən sonra açılışı olub


Mayın 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılışda iştirak edən mədəniyyət naziri Əbülfəs Qareyev Dövlət Uşaq Filarmoniyasının fəaliyyəti haqqında danışıb.

Uşaq Filarmoniyasının açılışının ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirən nazir təəssüratlarını bölüşərək deyib: "Nəhayət uzun illərdən sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışını edirik. Azərbaycan Dövlət Filarmoniyası 1991-ci ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın müxtəlif mədəniyyət kollektivində çalışan adlı sanlı sənətkarların bir çoxu bu mədəniyyət ocağının yetirməsidir. Dövlət Uşaq Filarmoniyası bizim təhsil sisteminin ayrılmaz bir hissəsidir. Burada təhsil alan uşaqlar bir neçə istiqamət üzrə özlərini formalaşdırıb inkişaf etdirilər. Hazırda burada 500-dək uşaq təhsil alır. Bu ocaqda həm rəqs, həm rəssamlıq, həm də digər sənət növləri tədris edilir. Dövlət Uşaq Filarmoniyasında iki məşhur orkestr – Uşaq Simfonik Orkestri və Uşaq Xalq çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Düşünürəm ki, burada təhsil alan uşaqlar ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər. Fürsətdən istifadə edib, Prezident İlham Əliyevə bu işin gerçəkləşməsində bizə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.

Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət xadimi Dilarə Əliyeva çıxış edərək rəhbəri oldğu qurum haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Filarmoniya uşaqların bədii-estetik inkişafında, istedadın üzə çıxmasında, onların formalaşması ilə əlaqədar daim sistemli iş aparır. Azərbaycanın mədəniyyətini, xalq rəqslərini, mahnılarını, muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın, şairlərimizin əsərlərini gənc nəsillər tərəfindən qoruyub, saxlamaq Filarmoniyanın əsas məqsədidir. Burada geniş konsert və maarifçilik fəaliyyəti aparılır, uşaq auditoriyasını milli mənəvi sərvətlərə yaxınlaşdıraraq uşaqların arasından istedadlar aşkar edilir.

İl ərzində Uşaq Filarmoniyasında 4 yaşından 18 yaşınadək 500-dən artıq uşaq fəaliyyət göstərir.

D.Əliyeva göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə rəhbəri olduğu qurumun kollektivi adınadan təşəkkür edib.

Tədbir konsert proqramı ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video