21 May 2019 13:47
513
SİYASƏT
A- A+

Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür


Xarici işlər naziri Elmar Məmmədyarov və Paraqvay xarici işlər naziri Luis Alberto Kastilyoni iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Nazir Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Paraqvay Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə həmkarı Luis Alberto Kastilyonini təbrik edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda Elmar Məmmədyarov son illərdə uğurlu siyasi dialoq, ticarət əlaqələri və mədəni mübadilələr daxil olmaqla, bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin qoyulduğunu diqqətə çatdırıb. Azərbaycan və Paraqvayın, eyni zamanda, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan birgə öhdəliklərini qeyd edib. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbul olunmasında və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində həlli istiqamətində Paraqvay Respublikasının ölkəmizə mühüm dəstəyi xüsusi vurğulanıb.

Elmar Məmmədyarov Azərbaycan Respublikasının Paraqvaya fəxri konsul təyin etməsi ilə bağlı son qərarın iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə və hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Paraqvay Respublikasının xarici işlər naziri Luis Alberto Kastilyoni xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. O, hökumətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaq dinamik fəaliyyətə sadiqliyini bəyan edərək, ölkələrimizi birləşdirən xoşniyyətli əlaqələrin davamlı olmasını arzulayıb.

Azərbaycan Respublikası ilə Paraqvay Respublikası arasında diplomatik münasibətlər 2004-cü il aprelin 20-də qurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video