Alternative content

16:40 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNEC tələbələrinə innovativ və operativ xidmət: “Bir pəncərə”
UNEC tələbələrinə innovativ və operativ xidmət: “Bir pəncərə”
ANA SƏHİFƏ / Təhsil
12:18 21.05.2019

UNEC-də tələbələr üçün "Bir pəncərə” xidməti tətbiq olunacaq.
Layihənin məqsədi tələbələrə vahid mərkəzə müraciət edərək təhsil haqqında arayışları, transkriptləri, eləcə də digər sənədləri qısa müddətdə əldə etməkdir. Eyni zamanda tələbələrin məmnunluğunu təmin etmək, onların əlavə vaxt itkisinin qarşısını almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.
"Bir pəncərə” vasitəsilə tələbələr onlara lazım olan təhsil arayışının hazırlanması üçün şəxsi elektron kabinetlərindən günün 24 saatı sistemə müraciət edə bilərlər. Hazır sənəd sonra elektron formada tələbənin şəxsi kabinetinə göndərilir. Pilot layihə kimi aprel ayından start verilən "Bir pəncərə” sistemi ilk olaraq Maliyyə və mühasibat fakültəsində tətbiq olunub. Bir ay ərzində fakültənin 400-ə yaxın tələbəsinin müraciəti operativ cavablandırılıb və tələbələr lazım olan sənədi qısa müddətdə əldə ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov və müvafiq struktur rəhbələrinin iştirak etdiyi "Bir pəncərə” sisteminin təqdimatında layihənin uğurla tətbiq olunduğu bildirilib. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan "Bir pəncərə” sisteminin yeni tədris ilindən UNEC-in bütün fakültələrində tətbiq olunacağı qeyd edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM