Alternative content

16:09 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda inqilabın ikinci mərhələsi başlanır
Ermənistanda inqilabın ikinci mərhələsi başlanır
ANA SƏHİFƏ / SİYASƏT
00:49 21.05.2019


N.Paşinyan R.Koçaryanı Qarabağı Azərbaycana təhvil verməyə hazırlaşmaqda günahlandırır, sabiq prezident isə baş naziri dövlətə xəyanətdə ittiham edir


Ermənistanda baş verən hadisələr bu ölkədə vəziyyətin yenidən gərgin mərhələyə daxil olduğunu, bu gedişlə hətta daxili savaşın başlanacağını göstərir. Bütün bunlara əsas səbəb hakimiyyətdən bir il əvvəl devrilmiş hərbi xuntanın baş nazir Nikol Paşinyana qarşı hərəkətə keçməsidir.

Yaranmış durumda Ermənistanda pisləşən sosial-iqtisadi vəziyyət köhnə komandanın nəzarətində olan Qarabağdakı separatçı rejimin də hakimiyyətə qarşı daha aktiv fəaliyyətə keçməsinə rəvac verib. Sarkisyan-Koçaryan tərəfdarları Paşinyanı devirmək üçün daha mütəşəkkil qaydada hərəkət etməyə başlayıblar.


Yeni xaos


"Past” qəzeti yazır ki, yaxın günlərdə Ermənistanın siyasi meydanında kifayət qədər ciddi və perspektivli yeni siyasi partiya ortaya çıxacaq. Məlumata görə, bu partiyada, əsasən, ictimaiyyətdə məşhur olan şəxslər toplanacaq. Qəzet partiyanın daha çox intellektual kəsim arasında fəaliyyətini genişləndirəcəyini və əyalətlərdə işə böyük əhəmiyyət verəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistanın sabiq prezidenti Robert Koçaryan yeni partiya yaradaraq Paşinyana böyük zərbə endirəcəyini bildirmişdi.

Koçaryan "Reuters” agentliyinə verdiyi müsahibədə qüvvətli müxalif güclərin Paşinyana qarşı birləşəcəyini deyib.

Özünün həbsini siyasi motivlərlə əlaqələndirərək qeyd edib ki, indi Ermənistanda Paşinyana qarşı yeni siyasətçilər və siyasi partiyalar meydana çıxır. O, bu siyasi qüvvələrlə birləşəcəyi ehtimalı ilə bağlı suala da müsbət cavab verib, lakin bunun hansı formada olacağına aydınlıq gətirməyib.

"Məxməri inqilabın” heç də inqilab olmadığını və xalqın artan narazılığının nəticəsi olduğunu deyən Koçaryan vurğulayıb ki, Paşinyanın hakimiyyəti dövründə ölkədə müsbət istiqamətdə heç bir dəyişiklik baş verməyib: "Yalnız populizm, rəhbərlikdə diletantlıq və cəmiyyətdə aqressiya artıb”.

Gözlənilir ki, Paşinyana qarşı yaranacaq yeni partiyaya da məhz Koçaryan rəhbərlik edəcək.


Məhkəmə Koçaryanı azadlığa buraxdı


Paşinyan isə Koçaryanı neytrallaşdırmaq üçün onu həbsdə saxlamağı düşünsə də, hazırda proseslər gözlənilmədən fərqli məcrada inkişaf edib. Məsələ bundadır ki, Paşinyanın istəyinin əksinə olaraq Yerevanın birinci instansiya məhkəməsi Robert Koçaryanı həbsdən azad edib.

Daha öncə Qarabağ separatçılarının lideri Bako Saakyan və onun sələfi Arkadi Qukasyan birbaşa məhkəmə zalında zəmanət verərək, hərəsi 500 min dram və ya təxminən 1000 dollardan bir az çox təzminat ödəyiblər. Məhkəmə binasının qarşısına Ermənistanın eks-prezidentinin tərəfdarları və əleyhdarları toplaşıblar. Tərəfdarlar məhkəmənin qərarı ilə bağlı sevinclərini ifadə ediblər.


Yerevanda bütün məhkəmələrin giriş-çıxışları bağlanılıb


Xatırladaq ki, keçmiş prezidentin həbsdən azad edilməsinə etiraz edən Paşinyan xalqı küçələrə çıxmağa çağırıb. O, ölkədə inqilabın ikinci mərhələsinin başladığını bildirib. Paşinyanın tərəfdarları onun çağırışı ilə paytaxt Yerevanda bütün məhkəmələrin giriş-çıxışlarını bağlayıblar. Etirazçılar tərəfindən Konstitusiya Məhkəməsinə heç kim buraxılmayıb. Şenqavit dairə Məhkəməsinin hakimi David Balayan binaya pəncərədən daxil olmaq istəsə də, onu itələyərək içəri girməsinə imkan verməyiblər.

İctimai fəal Ruben Melikyan nümayişçilərin məhkəmə binalarının şüşələrini sındırdığını bildirib: "Paşinyanın müraciəti əsasında toplaşan əhali artıq məhkəmə binasının şüşələrini sındırıb və hakimlərin işinə mane olublar. Polis əməkdaşları isə heç bir tədbir görmür. Bunu həzm edə bilməyəcəksiniz, Nikol Paşinyan”.

Ermənistanın ombudsman aparatının rəhbəri Arman Tatoyan isə bildirib: "Respublikanın bütün məhkəmələrinin giriş və çıxışlarına maneə yaratmaq barədə Ermənistan baş nazirinin çağırışı, bəyanatı ölkənin hüquq sisteminin təhlükəsizliyi və sabitliyi üçün son dərəcə təhlükəlidir”.

A.Tatoyan Nikol Paşinyanın bu çağırışını məhkəmələrin işinə müdaxilə adlandırıb və onu ölkədə sabitliyi pozmaqda ittiham edib: "Mən Ermənistan vətəndaşlarını məhkəmələrin binalarını bloklayan tədbirlərdən çəkinməyə çağırıram, əks halda hansısa bir gərginliyin baş verəcəyini istisna etməməliyik. Sosial şəbəkələrin monitorinqi göstərir ki, vətəndaşlar bir-birlərinə qarşı ən yüksək dərəcədə dözümsüzlük nümayiş etdirirlər, bir-birlərini təhqir və təhdid edirlər. Bu, ölkənin insan haqlarının müdafiəsi baxımından təhlükəlidir”.


Paşinyan xalqı küçələrə çıxmağa çağırıb


Paşinyan isə bütün bunlara rəğmən ölkədə fəaliyyət göstərən məhkəmələrin binalarına girişin bağlanılması fikrindən imtina etməyib: "Xalqım, utancaq olma! Evdən çıxarkən çətirləri unutma, hamınızı sevirəm”. Baş nazir Yerevanda öz tərəfdarları qarşısında bildirib ki, 2016-cı ilin aprel müharibəsi ilə bağlı bütün xüsusatları araşdırmaq üçün parlament komissiyası yaratmağın vaxtı çatıb.

Qeyd edib ki, əvvəlki korrupsioner-kriminal rejimdən daha çox Dağlıq Qarabağ əhalisi zərər çəkib: "İndi isə bu korrupsioner sistemin bəzi nümayəndələri öz şəxsi əlaqələrindən istifadə edib Ermənistan hökumətinə və baş nazirinə qarşı təbliğat qurublar. Bütün faktları araşdıraraq mən bunun arxasında yeni müharibə başlatmağa və hətta ola bilsin Qarabağı Azərbaycana verməyə hesablanmış qəsd planının dayandığını görürəm. Bu fəaliyyəti dövlətə xəyanətə bənzədirəm və baş nazir kimi həmin qəsd planının qarşısını almaq üçün ən sərt tədbirlər görəcəyəm”. Daha sonra Paşinyan yenidən canlı yayımda xalq qarşısında çıxış edərək bir daha inqilabın ikinci mərhələsini elan edib.

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə məhkəmələrə girişin bağlanılması ilə bağlı fövqəladə bəyanat verib. Dövlət başçısı insanları sakitləşməyə və Konstitusiyaya hörmət etməyə çağırıb. O, məhkəmələrin şəffaf fəaliyyət göstərməsinin vacib olduğunu da deyib.

Amma hadisələrin inkişaf axarı Ermənistanda vəziyyətin yenidən qarşıdurma həddinə çatdığını göstərir və ölkədə yaranan xaosun daha da dərinləşməsi proqnozlaşdırılır.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM