Alternative content

16:09 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan islam həmrəyliyinə mühüm töhfələr verir
Azərbaycan islam həmrəyliyinə mühüm töhfələr verir
ANA SƏHİFƏ / SİYASƏT
00:49 21.05.2019


Respublikamızın çoxvektorlu xarici siyasətinin əsas istiqamətlərindən biri müsəlman ölkələri ilə sıx əməkdaşlığın edilməsidir. Bu da ondan irəli gəlir ki, xalqımızın keçdiyi tarixi inkişaf yolu həm də müsəlman dünyasında gedən proseslərlə əlaqəli olub.

Avropa ilə yanaşı, müsəlman ölkələri ilə bərabərhüquqlu əməkdaşlığın Azərbaycanın xarici siyasət kursunun istiqamətlərindən biri olması məhz bu səbəbdən irəli gəlir. Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın ortaq mənəvi dəyərləri bölüşdüyü müsəlman Şərqi ilə siyasi, iqtisadi və mədəni münasibətləri formalaşıb. Bu arealda yerləşən dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın nəticəsi olaraq müsəlman dövlətləri Azərbaycanı bütün beynəlxalq məsələlərdə dəstəkləyir. Hətta onlardan bəziləri Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyinə görə Ermənistanla diplomatik münasibətlər qurmayacaqlarını bəyan ediblər.

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Azərbaycanın müsəlman dünyası ilə əlaqələri daha da möhkəmlənir, münasibətlərin dinamikası yeni mərhələyə qədəm qoyur. Diqqəti cəlb edən əsas məqam Şərq dövlətləri ilə əlaqələrin coğrafiyasının genişlənməsidir. Əvvəllər, ümumiyyətlə, münasibətlərimiz mövcud olmayan ölkələrlə əlaqələr qurulub, bəzi dövlətlərlə əməkdaşlıq daha da dərinləşdirilib. Ən əsası Azərbaycanın müsəlman dünyasına yönəlik xarici siyasətinin uğurlu nəticəsi olaraq bu gün islam aləmində və beynəlxalq münasibətlər sistemində öz çəkisi olan dövlətlər ölkəmizin haqlı mövqeyini daim dəstəkləyirlər.

Azərbaycan da öz siyasəti ilə müsəlman dövlətlərini dəstəkləyir, islam dünyasının həmrəyliyinə layiqli töhfələr verir. Müsəlman aləmi bu gün narahat günlərini yaşamaqdadır. Təəssüf hissi ilə qeyd etməliyik ki, müasir dünyamızı başına alan qanlı qarşıdurmalar daha çox müsəlman ölkələrini əhatə edir. Onların bəziləri illərdir ki, siyasi-hərbi problemlərə sürükləniblər. İraq, Əfqanıstan, Suriya və Liviya kimi bir vaxtlar sabitliyin hökm sürdüyü dövlətlər "ərəb baharı” və s. adlar altında qurulan siyasi oyunların qurbanı kimi artıq neçə illərdir qan çanağına dönüblər.

Digər tərəfdən məzhəb ayrı-seçkiliyi bu gün islamın ən ağrılı problemi olaraq qalır. Bir çox müsəlmanlar hətta milli kimliklərini də unudaraq məzhəb kimliklərini önə çəkirlər. Ən ağrılı odur ki, bu problem daim xarici dairələr tərəfindən körüklənir, nəticə etibarilə qanlı qarşıdurmalar baş verir, terror baş alıb gedir.

Belə vəziyyətdə islam dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Bu mənada Azərbaycan hər zaman müsəlman dövlətləri arasında birliyin təmin olunmasına, məzhəblər arasında ayrı-seçkiliyin bütün təzahürlərinin aradan qaldırılmasına yönəlik siyasət yürüdür.

Çünki bu siyasəti həyata keçirməyə ölkəmizin tam mənəvi haqqı var. Ona görə ki, əhalisinin əksəriyyəti müsəlman dövləti olan Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan modeldir. Xalqımız islamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır, ona zidd ideyalar qatmır. Ölkəmizdəki dini maarifçilik və məzhəblərarası səmərəli əməkdaşlıq, etimad mühiti islam ölkələrinin həmrəyliyi üçün uğurlu nümunədir. Odur ki, Azərbaycanda islam dəyərlərinə bağlılığın, dinin saflığının qorunmasının ən mükəmməl nümunəsi mövcuddur. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbycanda "İslam həmrəyliyi ili” elan etməsi ölkəmizin müsəlman aləminin birliyi üçün nümayiş etdirdiyi mühüm siyasi iradənin göstəricisi idi. "İslam həmrəyliyi ili”nin elan edilməsi ilə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə dünyaya mesaj verildi. Bütün dünyaya göstərildi ki, müsəlman həmrəyliyi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 2017-ci il ərzində Azərbaycanda islam həmrəyliyinə həsr olunmuş çoxsaylı tədbirlər həyata keçirildi. Hər bir tədbir ölkəmizin bu sahədə təşəbbüslərinin bütün islam aləmi tərəfindən dəstəkləndiyini göstərdi. Beləliklə, qlobal miqyasda sülh və əməkdaşlığa, sivilizasiyalararası dialoqa böyük töhfə verən Azərbaycan bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoydu.

Bir neçə gün əvvəl ramazan ayı münasibətilə müsəlman dövlətlərinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müsəlman ölkələri tərəfindən beynəlxalq təşkilatlarda Azərbaycana göstərilən dəstəyə görə təşəkkürünü bildirərək deyib: "Azərbaycan da, öz növbəsində, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. Bildiyiniz kimi, biz islam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət veririk və bu istiqamətdə əməli addımlar atılır. Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər islam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir. Biz hamımız yaxşı bilirik ki, islam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atır və atacaqdır”.

Azərbaycanın mövcud potensialı və beynəlxalq ictimaiyyətin ona olan etimadı islam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürməyə imkan verir. Ölkəmiz öz nüfuzundan və təcrübəsindən irəli gələrək müsəlman ölkələri arasında birləşdirici və barışdırıcı rol oynamağa qadirdir. Reallıq da göstərir ki, Azərbaycanın təşəbbüsləri dünyada islam həmrəyliyinin gücləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə töhfəsini verir. Beləliklə, ölkəmiz bu missiyanı layiqincə həyata keçirir, islam dünyasında həmrəyliyin möhkəmləndirilməsində, sülhün və əmin-amanlığın təmin olunmasında böyük rol oynayır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM