21 May 2019 00:38
638
İQTİSADİYYAT
A- A+

Təbii qazın Avropaya nəqli prosesi həlledici mərhələdir


TAP layihəsi üzrə işlərin 87 faizdən çoxu tamamlanıb


Hazırda Azərbaycan təxminən 40 milyard dollarlıq investisiya qoyuluşu nəzərdə tutulan, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan "Cənub qaz dəhlizi” layihəsini reallaşdırmaqla Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir.

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan "Cənub qaz dəhlizi” Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunan təbii qazı 7 ölkədən - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya nəql edəcək. Bu boru kəməri zəncirinin Türkiyəyədək olan hissəsi, yəni Azərbaycan ilə Gürcüstanda genişləndirilən Cənubi Qafqaz Boru Kəməri və TANAP artıq istismar olunur, "Şahdəniz-2” qazı Türkiyəyə nəql edilir. Zəncirin son halqası - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik (TAP) qaz boru kəməri layihəsi isə qrafik üzrə icra olunur. Artıq 3 ildir ki, TAP boru kəmərinin inşasına başlanılıb və layihə üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 87 faizdən çoxu yekunlaşıb. Layihə Avropanın enerji təhlükəsizliyi, o cümlədən mənbələrin və marşrutların şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu boru kəmərinin Azərbaycanın kommersiya qaz həcmlərini 2020-ci ildə Avropaya çatdıracağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video