Alternative content

15:52 17 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kiçik və orta biznesin inkişafında ictimai şuraların roluna dair müzakirələr aparılıb
Kiçik və orta biznesin inkişafında ictimai şuraların roluna dair müzakirələr aparılıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:37 21.05.2019


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu” mövzusunda forum keçirilib.

Bu formatda ilk dəfə olaraq təşkil edilən forumda müxtəlif nazirliklərin, komitə və agentliklərin yanında fəaliyyət göstərən ictimai şuraların sədrləri və üzvləri, QHT təmsilçiləri, eləcə də sahibkarlar iştirak ediblər.

Tədbirdə dövlət qurumlarının fəaliyyətinə və onlar tərəfindən qəbul edilən qərarların səmərəliliyinə ictimai nəzarətin təmin edilməsinin əhəmiyyəti, bu sahədə ictimai şuraların fəaliyyətinin önəmi vurğulanıb, müxtəlif dövlət strukturlarının, xüsusilə də sahibkarlarla işləyən qurumların yanında fəaliyyət göstərən ictimai şuraların işi barədə danışılıb, kiçik və orta biznesin inkişafında ictimai şuraların rolunun artırılması müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib.

Forumda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı, bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb, KOBİA tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərin və həyata keçirilən tədbirlərin, agentlik yanında İctimai Şuranın yaradılmasının əhəmiyyətini qeyd edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ictimai şuraların önəmini qeyd edərək qanunvericiliyin təkmilləşdirilməsi sahəsində keçirilən ictimai müzkirələrdə ictimai şura üzvü olan vətəndaş cəmiyyəti təsisatlarının mühüm rolunu diqqətə çatdırıb. Bildirib ki, şəffaflığın artırılmasında da ictimai şuraların rolu əhəmiyyətlidir. Yaranmasından qısa müddət ötsə də, KOBİA yanında İctimai Şuranın müsbət fəaliyyətini görürük. Ə.Hüseynli belə forumların ayda bir dəfə müxtəlif ictimai şuralar tərəfindən təşkil olunmasının əhəmiyyətli olacağını da vurğulayıb.

KOBİA-nın idarə heyəti sədrinin müavini Nadir Adilov isə qeyd edib ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması agentliyin əsas fəaliyyət istiqamətlərindəndir və bu baxımdan 2018-ci ildə KOBİA yanında yaradılmış İctimai Şuranın fəaliyyətinə xüsusi önəm verilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM