Alternative content

16:10 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qobustan təhsilində dinamik inkişaf var
Qobustan təhsilində dinamik inkişaf var
ANA SƏHİFƏ / Təhsil
00:36 21.05.2019


Bu, öz təsdiqini yeni inşa olunan məktəblərlə yanaşı, tədrisdəki göstəricilərdə də tapır


Hazırda ölkəmizdə bütün sahələr üzrə nəzərəçarpacaq dərəcədə uğurlar müşahidə edilməkdədir. Real vəziyyət təhsildə də özünü göstərməkdədir. Eyni zamanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu sahəyə dövlətin böyük önəm verməsindən qaynaqlanır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin "Neft Azərbaycanın milli sərvətidir” deyimi XXI yüzillikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində yeni bir modeldə həqiqətə çevrildi.

Azərbaycan Prezidentinin dünya ictimaiyyətinə ünvanladığı "qara qızılı insan kapitalına çevirmək” mesajı 2003-cü ildən başlayaraq dövlət siyasətinin mühüm tərkib hissəsi oldu. Səbəb aydındır: müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.

Bu reallıqlar, yüksək təhsil səviyyəsi gənc rayonlarımızdan olan Qobustanda da hiss olunmaqdadır. Bunun konkret inikası öz təsdiqini faktlarda tapır. Bu gün rayonda 30 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan da 18-i tam orta, 9-u ümumi orta, 3-ü isə ibtidai məktəblərdir. 2018-2019-cu dərs ilində rayonun ümumtəhsil məktəblərində 5196 nəfər şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 571 nəfər müəllim məşğul olur. Rayonun ümumtəhsil müəssisələrində şəbəkə üzrə 333 sinif komplekti təşkil olunub.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə rayonda 14 yeni məktəb binası tikilib. 4 məktəb əsaslı təmir edilib, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib və ən müasir avadanlıq və texniki qurğularla təmin olunub. 2018-2019-cu dərs ilində şəhər 3 saylı tam orta məktəb üçün müasir tələblərə cavab verən 624 yerlik yeni məktəb binasında işlər yekunlaşdırılıb. Təsi və Sədəf kənd ümumi orta məktəbləri üçün tikilmiş modul tipli yeni məktəb binaları da şagird və müəllimlərin istifadəsinə verilib. Hazırda Şixzərli kənd ümumi orta məktəbi üçün 96 yerlik modul tipli məktəb binasının tikintisi yekunlaşma mərhələsindədir.

Təhsil şöbəsinin müdiri Füzuli Gülalıyev deyir ki, dövlətin göstərdiyi diqqət, verdiyi dəstək mütləq əməli işlə cavablandırılmalıdır. Hər bir işə əldə olunan nəticəyə görə qiymət verilir. Nəticə isə əsasən uğurludur. İstər buraxılış, istər ali məktəbə qəbul imtahanlarında, istərsə də şagirdlərin respublika fənn olimpiadalarında və digər yarışlarda göstərdiyi nəticələr ürəkaçandır. Artıq 5 ildir ki, bütün göstəricilərdə dinamika müşahidə edilməkdədir.

Qobustan Rayon Təhsil Şöbəsi istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məsələlərinə də xüsusi diqqət yetirir. Rayonun tarixində ilk dəfə olaraq ötən dərs ilində 5 nəfər şagird olimpiadanın respublika turunda iştirak etmək hüququ qazanıb. Bunlar şəhər 2 saylı, 3 saylı, Cəyirli və Sündü kənd tam orta məktəblərinin şagirdləri olublar.

Rayonu təmsil edən Sündü kənd tam orta məktəbinin şagirdi Aydın Ağaverdiyev 3 il ardıcıl olaraq respublika fənn olimpiadasının qalibi olmaqla bərabər rayon tarixində ilk dəfə qəbul imtahanında ən yüksək - 683 bal toplayıb. Bundan əlavə, 1 nəfər şagird tam orta təhsil pilləsini qızıl medalla başa vurub. Bu nailiyyət respublika üzrə 185 nəfər şagirdin qazandığı uğurdan biridir. Əldə edilən uğurlardan biri də şagirdlərin yüksək biliklər nümayiş etdirərək qazandıqları fərqlənmə attestatlarıdır. Belə ki, şəhər 3 saylı, şəhər 2 saylı tam orta məktəblərin hər birindən 1 nəfər, Çuxanlı kənd tam orta məktəbindən isə 2 nəfər fərqlənmə attestatı alıb. Ötənilki məzunlardan 110 nəfərdən çoxu ali məktəb tələbəsi adını qazanıb ki, bu da 43 faiz nəticə deməkdir. Müqayisə üçün deyək ki, 2017-ci ildə 82 nəfər şagird tələbə adını qazanmışdısa, 2018-ci ildə onların sayı 111 nəfər olub. Kolleclərə qəbul olunan şagirdlərin sayı isə 40 nəfəri keçib. Əvvəlki illərdə hər il 1-2 nəfər yüksək bal topladığı halda, 2018-ci ildə 15 nəfər məzun 500-dən çox, 6 nəfər məzun isə 600-dən yuxarı bal toplayıb.

Rayonda tibb kadrlarına olan zəruri tələbatın ödənilməsi məqsədilə tədbirlər davam etdirilir. Nəticədə 2018-ci ildə 2 məzun Tibb Universitetinə, 7 nəfər şagird isə Tibb kollecinə qəbul olunub.

Ulu öndərin bizə bəxş etdiyi müstəqil Azərbaycanı qoruyub saxlamaq, inkişaf etdirmək ümumtəhsil müəssisələrində təhsil alan gənclərimizin qarşısında duran əsas vəzifələrdən biridir. Gənclərin bu istiqamətdə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması günümüzün ən vacib məsələlərindəndir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə onun həyat və fəaliyyətinə həsr olunmuş silsilə tədbirlər, müxtəlif idman oyunları - şahmat, dama, futbol yarışları və inşa yazı müsabiqəsi keçirilib. Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş təqdimatın respublika mərhələsində Qobustan şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Zenfira Mirzəliyeva uğurla çıxış edib. Ötən il ulu öndərin 95-ci ildönümünə həsr olunmuş təqdimatda Çuxanlı kənd tam orta məktəbin X sinif şagirdi Elmir Qasımlı müsabiqənin qalibi adını qazanıb. Artıq ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş inşa və təqdimat müsabiqələrində qalib gəlmək rayonun şagirdləri üçün ənənəyə çevrilib. Belə ki, son 5 ildə rayonun məktəbliləri ardıcıl olaraq bu müsabiqənin respublika mərhələsinin qalibi olurlar. İnanırlar ki, builki təqdimatda da uğurlu çıxışları onlara qələbə gətirəcəkdir.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində hərbi idman və intellektual oyunlarının çox böyük əhəmiyyəti var. Rayonun şagirdləri Təhsil Nazirliyinin digər nazirliklərlə birgə keçirdiyi respublika səviyyəli bir sıra idman və intellektual xarakterli yarışlarda qalib gələrək mükafata layiq yerlər tutublar. Belə ki, şagirdlər "Şahin” hərbi idman oyunlarında IV yerə, "Gənc xilasedici və yanğınsöndürən” yarışında III yerə layiq görülüblər.

Rayonun pedaqoji işçiləri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəkləməklə öz qüvvə və bacarıqlarını səfərbər edir, təhsil islahatının məktəb qarşısında qoyduğu vəzifələrin və yeniliklərin həyata keçirilməsi üçün əllərindən gələni bundan sonra da əsirgəməyəcəklərini bildirirlər.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM