Alternative content

23:56 05 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
18:01 05.12.2019 Fransada ümumxalq tətili
15:59 05.12.2019 PAYIZ ETÜDLƏRİ - FOTO
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məhkəmə hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib
Məhkəmə hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:35 21.05.2019


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə mayın 20-də "Fairmont Baku” mehmanxanasında "Məhkəmə hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda tədbir keçirilib.

Tədbiri açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, "Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanı Azərbaycanın məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi məqsədi daşıyır. Hazırda bu sahədə islahatlar davam edir və yeni iqtisadi formasiyaya keçid bu islahatların daha dərin aparılmasını zəruri edir.

M.Musayev qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən başlayıb və 1995-ci il 12 noyabrda müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilərək ədalət mühakiməsinin qanunvericilik bazası formalaşdırılmışdır. Dövlət başçısının imzaladığı fərman isə formalaşdırılmış məhkəmə hüquq sisteminin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, ən mütərəqqi beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti fərmanla Azərbaycanda sahibkarların problemlərinin daha çevik həll edilməsi, qərarların icrasının daha sürətli həyata keçirilməsi üçün özəl icra qurumunun yaradılmasını nəzərdə tutur. Eyni zamanda, elektron məhkəmə sisteminin əhatə dairəsi genişləndiriləcək, məhkəmə işlərinə baxılmasında elektron resurslardan istifadənin səviyyəsi yüksələcək, elektron imzanın tətbiqi sahələri genişləndiriləcəkdir. Bununla yanaşı, vergi, gömrük, sosial sığorta ödənişləri üzrə ixtisaslaşmış məhkəmələr sahibkarlıq subyektləri ilə bağlı məhkəmə mübahisələri üzrə alternativ həll mexanizmlərini - Arbitraj, Mediasiya institutları mübahisələrin həllində çevikliyi artıracaqdır. Nəticədə proseslərin müddətinin uzadılmasının qarşısı alınacaq və şikayətlərə baxılma müddətləri azalacaq. Hazırda məhkəmələrin iş yükü çoxdur və yeni alternativ mexanizmlərin və ixtisaslaşmış məhkəmələrin yaradılması iş yükünün azalmasına, habelə məhkəmə işlərinə hakimlər tərəfindən daha qısa müddətdə baxılmasına imkan verəcəkdir. Bununla da sabit məhkəmə praktikasının formalaşdırılması hüquq sisteminə etibarın güclənməsinə səbəb olacaqdır.

M.Musayev habelə qeyd edib ki, fərmanda Azərbaycan Sahibkarlar Konfederasiyasına tövsiyə edilmiş məsələlər də vardır və bununla bağlı sahibkarlardan, hüquqşünaslardan ibarət işçi qrup yaradılmışdır. Fərmanın icrası ilə bağlı Ədliyyə Nazirliyi yanında yaradılmış işçi qrupunda da Azərbaycan Sahibkarlar Konfederasiyası təmsil olunur.

O, Azərbaycan Sahibkarlar Konfederasiyasının bugünkü ictimai müzakirələrdə təkliflərdən ibarət təqdimatla çıxış edəcəyini bildirərək bütün iştirakçıları aktiv olmağa çağırdı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov müzakirələrin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aparıldığını bildirərək qeyd etdi ki, ictimai müzakirələr fərmanın effektiv işləməsinə dəstək olacaq və belə müzakirələr bundan sonra da davam edəcəkdir. 2017-ci ildə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlıq Agentliyinin və Qida Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılması, 2018-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılmasını nəzərdə tutan fərmanların imzalanması, Dövlət Turizm Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin yaradılması və digər tədbirlər məhz Azərbaycanda biznes mühitinin müasirləşdirilməsi, dövlət oqranları ilə fəaliyyətdə sahibkarların münasibətlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. 2018-ci ildə aparılmış islahatlar bütövlükdə növbəti addımlar üçün zəmin yaratmışdır. Növbəti addım isə bu gün bizim müzakirə etdiyimiz məhkəmə hüquq sahəsində görülən işlərdir ki, bu da dövlət orqanları ilə sahibkarların münasibətlərinin institusional müstəvidə aparılmasını nəzərdə tutur.

Prezident İlham Əliyev tərəfindən imzalanan "Məhkəmə hüquq sahəsində islahatların dərinləşdirilməsi” ilə bağlı fərmanda sahibkarlar üçün yeni imkanların yaradılması nəzərdə tutulur.

Daha sonra iştirakçıların diqqətinə statistik məlumatları çatdıraraq vurğuladı ki, 2018-ci ildə Azərbaycan məhkəmələrində 246 920 işə baxılmışdır. Həmin işlərdən 17 307-ni inzibati işlər, 5000-i iqtisadi işlər təşkil edir. 2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələrində 12539 cinayət işlərinə baxılıb. Onlardan 10172-si ittiham hökmü ilə nəticələnib, 89-u bəraətlə başa çatıb. Burada əsas yük rayon məhkəmələrinin üzərinə düşür. Bu işlər də əsasən iqtisadi xarakter daşıyır. 2020-ci ildə qəbul edilməsi nəzərdə tutulan "Rəqabət Məcəlləsi” də görülən tədbirlərin bir hissəsi olcaqdır.

G.Kərimov mübahisələrin alternativ həll variantlarının yaradılmasının sahibkarlığın inkişafına kömək məqsədi daşıdığını bildirərək, 6 mindən çox üzvü olan Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində Mediasiya Məktəbi kimi bir qurumun yaradılmasını təklif etdi və yerli arbitraj məhkəmələrinin fəaliyyətə başlaması ilə əlaqədar ümumilikdə məhkəmələrin yükünün azalacağını vurğuladı.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev çıxış edərək bildirdi ki, bu gün Azərbaycanda bütün sahələrdə islahatlar davam etdirilir. Son dövrlərdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var. Həmçinin fərmanın əsas məqsədi ədalət mühakiməsinin effektivliyinin, ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsidir.

Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Azər Cəfərov xatırladıb ki, Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə "Elektron məhkəmə” informasiya sistemi fəaliyyət göstərir. Onun sözlərinə görə, hazırda sistem, Naxçıvan da əhatə olunmaqla, ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq olunur. Belə ki, bu sistem məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. "Elektron şəxsi kabinet” vasitəsilə proses iştirakçıları elektron imza ilə təsdiqlənmiş elektron iddia ərizəsi və digər sənədlər vermək, məhkəmə proseslərini izləmək, təyin olunmuş proseslər barədə SMS, elektron məktubla xəbər tuta, məhkəmə qərarlarını elektron formatda hakimin elektron imzası ilə əldə edə bilirlər”.

Nazir müavini qeyd edib ki, icra orqanlarının fəaliyyətinin effektivliyinin artırılması, bu fəaliyyətdə operativliyin və şəffaflığın təmin olunması məqsədilə "Elektron icra” sistemi yaradılaraq tətbiq olunur.

Daha sonra tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin əsas fəaliyyət istiqamətlərindən birinin də kiçik və orta biznes (KOB) subyektlərinin qanuni maraqlarının müdafiəsi olduğunu, bunun agentliyin digər istiqamətlər üzrə fəaliyyətinin effektivliyinə birbaşa təsir etdiyini qeyd etdi. O, bildirdi ki, ötən illər ərzində məhkəmə hüquq sistemi sahəsində həyata keçirilən islahatlar məhkəmə institutunun möhkəmləndirilməsində əhəmiyyətli nəticələrlə müşayiət edilib. Dövlət başçısının bu sahədəki müvafiq fərmanında da qeyd edildiyi kimi, ölkənin davamlı inkişafının təmin edilməsi istiqamətində bütün sahələrdə reallaşdırılan islahatlar məhkəmə hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Bu baxımdan "Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında əksini tapmış tədbirlər ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına və bunun nəticəsi olaraq, ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək məsələləri əhatə edir. Orxan Məmmədov fərmanda qeyd edilən məsələlərin sahibkarların hüquqlarının qorunması, kiçik və orta biznes subyektlərinin problemlərinin həlli baxımından əhəmiyyətini qeyd edərək, hakimlərin sahibkarlıqla bağlı biliklərinin artırılmasına, sahibkarlar üçün vahid məhkəmə təcrübəsi barədə maarifləndirici tədbirlərin keçirilməsinə, məhkəmə sistemində elektron kargüzarlığa keçidə, məhkəmə qərarlarının məzmununun sadələşdirilməsinə dair təklifləri səsləndirib.

Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında müzakirələrdə iştirak edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Ali Məhkəmənin hakimi Xəqani Məmmədov çıxış edərək bu məsələ ilə bağlı fikirlərini bildiriblər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibinin müavini Xaqan Hümmətzadə "Sahibkarlıqla bağlı mübahisələrin həll edilməsi mexanizmlərinin səmərəliliyinin artırılması” mövzusunda çıxış edərək sahibkarların yekdil fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Müzakirələr zamanı sahibkarlıq subyektləri barədə statistik məlumatlar açıqlandı və qeyd edildi ki, 1 aprel 2019-cu il tarixinə Azərbaycanda 996 min 296 sahibkarlıq subyekti fəaliyyət göstərir. Onlardan 133 min 541-i hüquqi şəxs və 862 min 755-i isə fərdi sahibkarlıq subyektləridir.

Müzakirələrin sonunda sahibkarları maraqlandıran suallar cavablandırıldı.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM