21 May 2019 00:30
974
Mədəniyyət
A- A+

Cəfər Cabbarlı haqqında xatirələr


Sabit Rəhman, yazıçı, dramaturq:

"Orta məktəbdə oxuduğum zaman Cəfər Cabbarlını yalnız ikicə dəfə görə bilmişdim. Ancaq aramızda onun haqqında hər gün söhbət olurdu. Cəfər yaradıcılığı hamımızı maraqlandırmağa başlamışdı. Onun əsərlərindəki qanadlı sözlər, oynaq cümlələr dillərdə dolaşırdı. Belə bir istedadın meydana çıxması ürəklərimizdə qəribə sevinc doğurmuşdu. Tələbə konsertlərində "Aydın”dan, "Oqtay”dan monoloqlar oxunurdu. Elə gecə olmurdu ki, orada Cəfərin "Şərq” və ya "Ana” şeiri deklamasiya deyilməsin”.

***

"1934-cü il dekabrın 29-u ...Yazıçılar İttifaqının sədri Kazım Ələkbərli eyni zamanda Azərbaycan Dövlət Universiteinin rektoru vəzifəsini daşıyırdı. Mənim Dağlı məhəlləsindəki otağım çox yöndəmsiz idi. Yaşamaq mümkün deyildi. Bu barədə Kazım Ələkbərliyə demişdim. O da mənə tapşırmışdı ki, ayın 29-da universitetdə olacağam, gəl, dövlət telefonu ilə zəng edib sənin otaq məsələni danışım.

Getdim. Cəfər Cabbarlı Kazımın yanında oturmuşdu. Məni görüb hal-əhval tutdu və gəlməyimin səbəbini soruşdu. Kazım ona otaq məsələsini danışanda Cəfər gülüb dedi:

- Heç yerə zəng eləmək lazım deyil. Onun otağı məndə.

Dekabrın 31-də saat 10-a 20 dəqiqə qalmış universitetin pillələri ilə qalxdıqda qabağıma yazıçı Qafur Əfəndiyev (Kantemir) çıxdı. Yaylığı gözünə sıxmışdı, ağlayırdı. Nə olduğunu soruşduqda hıçqırıqlar içində cavab verdi:

- Cəfər Cabbarlı ölüb...…

Son dəfə mən onu akademiyanın salonunda gördüm. Fəxri qarovulda dayanmışdıq, yoldaşlarım kim idi, yadımda deyil, cavan yazıçılardan bir dəstə düzəltmişdilər. Mən gözlərimi onun üzünə zilləmişdim. Öldüyünə inana bilmirdim. Mənə elə gəlirdi ki, indicə tərpənəcək, yenə də həmin məsum təbəssümlə gülümsəyəcək”.

***

Nigar Rəfibəyli, xalq şairi:

"34-cü ildə unudulmaz sənətkarımız Cəfər Cabbarlının ölüm xəbərini Moskvada aldıq. Gəncliyimin fırtınalı illərində mənə böyük qardaşı əvəz etmiş, sevdiyim bir sənətkarın ölümü məni sarsıtmışdı. Bir neçə il sonra isə dostumuz, qardaşımız Müşfiqin itkisi ürəyimizdə yeni bir yara açdı...”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video