20 May 2019 22:12
609
DÜNYA
A- A+

Polşa sakini ölkə tarixində ilk dəfə altı əkiz dünyaya gətirib


Krakov klinikalarının birinin professoru Riçard Lauterbah şəhər sakininin altı əkiz dünyaya gətirdiyini bildirib.

AZƏRTAC RMF radiostansiyasına istinadla xəbər verir ki, həkimlərin sözlərinə görə, qadının bir dəfəyə dörd qızı və iki oğlu olub. Uşaqlarının hər birinin çəkisi təxminən bir kiloqramdır. Doğuş hamiləliyin 29-cu həftəsində qeysər kəsiyi vasitəsilə həyata keçirilib.

Hazırda ananın vəziyyəti qənaətbəxşdir. Bəzi körpələrə respirator dəstəyi lazım olsa da, uşaqların hamısı sağlam doğulub.

Polşa Prezidenti Anjey Duda hadisə ilə əlaqədar valideynləri və tibb işçilərini təbrik edib və bunun ölkə tarixində ilk dəfə müşahidə olunduğunu bildirib.

Qeyd edək ki, mart ayında ABŞ-ın Texas ştatının sakini doqquz dəqiqə ərzində üç cüt uşaq dünyaya gətirmişdi. Klinikadan verilən məlumata əsasən, altı əkiz uşağın doğulma şansı 4,7 milyardda birdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video