Alternative content

16:32 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
16:02 24.08.2019 Yaponiyada zəlzələ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:08 20.05.2019

Avropa Şurası tərəfindən həyata keçirilən "Uşaqların onlayn istismarı və zorakılığının qarşısının alınması” üzrə layihə çərçivəsində Azərbaycan pilot ölkələrdən biri olaraq 10 ölkə arasından seçilib. Layihənin açılış konfransı Strasburqda keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihə üzrə əlaqələndirici qurum olaraq iştirak etdiyi konfransda Azərbaycanı Milli Məclis, Xarici İşlər, Ədliyyə və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Konfransda bu sahədə Azərbaycanda aparılan dövlət uşaq siyasəti, bu istiqamətdə həyata keçirilən layihələr, yaradılan qanunvericilik bazası barədə məlumat verilib, panellər üzrə təqdimatlar edilib.

İki gün davam edən konfransın sonunda Avropa Şurası Azərbaycanı üzv dövlət olaraq "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbuluna və həyata keçirilən preventiv tədbir və layihələrə görə uğurlu siyasət aparan müsbət ölkə adlandırıb. Layihə çərçivəsində Avropa Şurasından nümayəndə heyətinin Azərbaycana səfəri və aidiyyəti qurumlarla görüşlərin keçirilməsi də nəzərdə tutulub. İki il davam edəcək layihə müddətində bu sahədə qanunvericiliyin analizi, müxtəlif qurumların nümayəndələri üçün təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan Avropa Şurasının Uşaq hüquqları ilə bağlı Ad-Hoc və Lanzarota komitələrində təmsil olunaraq Avropa Şurasının bu sahədə qəbul etdiyi tövsiyələrin yerinə yetirilməsi və Avropa Şurasının müvafiq komitələrinin hazırladığı maarifləndirici materialların Azərbaycan dilinə tərcüməsi və yayımlanması sahəsində də uğurlu addım atan tərəfdaş ölkə kimi qeyd olunur. Avropa Şurasının Uşaq hüquqları üzrə Ad-Hoc komitəsinin növbəti iclası öz işini davam etdirir.

Qeyd edək ki, konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, şöbə müdiri Taliyə İbrahimova, Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova, Daxili İşlər Nazirliyinin nümayəndəsi Orxan Şabanov, Xarici İşlər Nazirliyinin nümayəndəsi Xuraman İsmayılova iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM