Alternative content

01:14 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
00:37 24.08.2019 Bir bağbanın hekayəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
ANA SƏHİFƏ / PARLAMENT
22:05 20.05.2019

Mayın 20-də Milli Məclisdə müxtəlif komitələri təmsil edən bir qrup deputatla UNICEF-in nümayəndə heyətinin görüşü olub.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.

Görüşü əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev açıb.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ölkəmizdə əlilliyi olan uşaqlarla bağlı səmərəli tədbirlərin həyata keçirildiyini məmnunluqla vurğulayıb, 2017-ci ilin dekabrında qəbul olunmuş "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyətini yüksək dəyərləndirib. Bildirib ki, inklüziv təhsilin genişləndirilməsi üçün təhsillə bağlı qanunvericilik aktlarına müəyyən dəyişikliklər olunmasına ehtiyac var.

Görüşdə inklüziv təhsil üzrə beynəlxalq ekspert Piter Qrayms UNICEF və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "İnklüziv təhsilin genişləndirilməsi” layihəsi barədə ətraflı məlumat verib, tövsiyələri diqqətə çatdırıb. Qeyd edib ki, bu proqram üzərində iki ildən çoxdur Təhsil Nazirliyi ilə birgə işlər gedir. BMT-nin "Əlillərin hüquqları haqqında” Konvensiyası əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə onların bilik göstəriciləri daha yüksək olur.

Fikir mübadiləsində elm və təhsil komitəsinin üzvü Sona Əliyeva, ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova, səhiyyə komitəsinin üzvü İlham Məmmədov, insan hüquqları komitəsinin üzvü Əflatun Amaşov, həmçinin əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev məsələyə münasibətlərini bildiriblər. Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasına dövlət səviyyəsində ayrılan diqqət, imzalanan fərman və sərəncamlar, qəbul edilən qanunlar və dövlət proqramları barədə qonaqlara geniş məlumat veriblər.

UNICEF təmsilçiləri inklüziv təhsilin tətbiqi sahəsində Milli Məclisin və Azərbaycan hökumətinin gördüyü işləri bir daha razılıqla vurğulayıblar.

Milli Məclisin deputatları qeyd ediblər ki, Azərbaycan parlamenti tərəqqiyə xidmət edən istənilən məsələnin müzakirəsində və həllində əməkdaşlığa hazırdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM