Alternative content

22:27 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Liqasının final oyunu ilə bağlı Bakıda əfsanəvi ingilis personajların paradı başlayıb
Avropa Liqasının final oyunu ilə bağlı Bakıda əfsanəvi ingilis personajların paradı başlayıb
ANA SƏHİFƏ / İDMAN
22:01 20.05.2019

UEFA Avropa Liqasının final matçı ilə əlaqədar yerli Təşkilat Komitəsi maraqlı layihəyə start verib.

AZƏRTAC xəbər verir ki, mayın 20-dən başlayaraq final qarşılaşmasının keçirəcəyi günə qədər əfsanəvi ingilis personajlar - Ceyms Bond, Böyük Britaniya Kraliçası II Elizabet, onun mühafizə dəstəsi, "Bitlz” rok qrupunun, dünya şöhrətli komediya ustası Çarli Çaplin, "Queen” qrupunun vokalisti Freddi Merkuri, "Alisa möcüzələr diyarında” əsərinin qəhrəmanları, Harri Potter və dostları, ingilis xalqının sevimli nağıl qəhrəmanı – Robin Qud, dahi dramaturq Uilyam Şekspir, xəfiyyə Şerlok Holms və digərləri Bakının müxtəlif yerlərində musiqili parad edəcəklər.

Bu gün birincisi baş tutan parad "Port Baku Mall”dan başlayaraq Kukla Teatrını və şəhərin mərkəzini – Nizami küçəsini, Qoşa Qala qapısını əhatə edib. Paradın qəhrəmanları sakinlər tərəfindən maraqla qarşılanıb, onlarla şəkillər çəkdirilib. Personajların növbəti günlərdə Bakının hansı səmtində gəzintiyə çıxacağı sürpriz olduğu üçün ictimaiyyətə açıqlanmayıb.

Tanınmış ingilis qəhrəmanların personajlarının sonuncu dayanacağı mayın 29-da UEFA Avropa Liqasının final qarşılaşmasının keçiriləcəyi Bakı Olimpiya Stadionu olacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM