Alternative content

01:12 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
00:37 24.08.2019 Bir bağbanın hekayəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gözübağlı rəsm çəkən lənkəranlı rəssam adının “Ginnesin rekordlar kitabı”na düşməsinə iddialıdır
Gözübağlı rəsm çəkən lənkəranlı rəssam adının “Ginnesin rekordlar kitabı”na düşməsinə iddialıdır
ANA SƏHİFƏ / Mədəniyyət
16:26 20.05.2019

Gözübağlı rəsm çəkmək çoxlarına qeyri-adi gələ bilər. Görmədən necə çəkəsən axı... Lənkəranlı rəssam Vüsal Cabbarovu tanıdıqdan sonra, bu fikrimizdə yanıldığımızı gördük. Çünki Vüsal, sözün əsl mənasında, sevdiyi peşə ilə gözübağlı məşğul olur. Rəssamlıq sənətində inqilab etməyə hazırlaşan Vüsal Cabbarov bu qeyri-adi qabiliyyəti ilə "Ginnesin rekordlar kitabı”na iddialıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vüsal qaranlıq dünyada rəsm çəkməyin maraqlı bir hiss olduğunu deyir.

Rəssam Lənkəranın Sütəmürdov kənd orta məktəbində tarix fənnini tədris edir. Uşaq yaşlarından nağıl personajlarına olan marağı və onları təsvir etməsi Vüsal Cabbarovun yolunu Lənkəran Uşaq Rəssamlıq Məktəbindən salıb. Dörd illik təhsilini əla qiymətlərlə bitirən rəssam Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənətşünaslıq fakültəsinə daxil olub. 20 ilə yaxındır ki, gördüyü istənilən mənzərəni kətan və ağac üzərində çəkərək vizual təsvirini yaradır. Daha çox özünü tarixçi-rəssam kimi tanıtmağa çalışan Vüsal Cabarov işinə maraq qatmaq üçün qeyri-adi addım atıb.

Təsviri incəsənətlə peşəkarcasına məşğul olan Vüsal həmkarlarından fərqli formada, gözübağlı rəsm çəkir. Rəssam bu bacarığının sirrini belə izah edir: "Xəyalımda canlandırdığım istənilən əşyanı, obyekti, mənzərəni gözümü açmadan kağız və ya kətan üzərinə köçürə bilirəm. Xüsusi barmaq işarələri ilə onların portretini, kəllənin uzunluğunu və eninə olan nisbətini, tam ölçüləri beynimdə canlandırıb çəkirəm. Bilirəm ki, məsələn Nizami Gəncəvi, İmadəddin Nəsimi, Molla Pənah Vaqif kimi dahi şəxsiyyətlərin portret cizgiləri hansı formada olur”.

Biz də gənc rəssamın bu qabiliyyətini sınağa çəkib, gözlərini parça ilə bağladıq. Gözü bağlı halda rəssam İmadəddin Nəsiminin portretini çəkərək, hər kəs kimi bizi də çox təəccübləndirdi. O, 2 dəqiqə ərzində dünyanın tanınmış şəxsiyyətlərinin portretlərini çəkməklə xüsusi bacarıq nümayiş etdirir. Vüsal Cabbarov deyir ki, gözləri bağlı olsa da, beynindəki təsviri barmaqlarında canlandırmaq onun üçün çox asandır. Bu xüsusiyyətinə görə dünyada ilk və yeganə rəssam olduğunu deyən Vüsal əsasən portret janrına üstünlük verir.

Adının "Ginnesin rekordlar kitabı”na düşməsi arzusunda olan rəssam təsviri incəsənətdə öz fərqli üslubunun olduğunu iddia edir və natamam qalmış portretlərini tamamladıqdan sonra əl işlərindən ibarət böyük sərgi keçirməyi planlaşdırır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM