20 May 2019 15:39
798
İDMAN
A- A+

Nazim Babayev beynəlxalq turnirdə üçtəkanla tullanma yarışında üçüncü yeri tutub


Yaponiyanın Osaka şəhərində atletikanın bütün növləri üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı Nazim Babayev (üçtəkanla tullanma) və Anna Skidan (çəkicatma) təmsil ediblər. Nazim Babayev çempionatda müvəffəqiyyətlə çıxış edərək yay mövsümünə uğurla start verib.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, qış mövsümünü üçtəkanla tullanma üzrə Avropa çempionu kimi başa vuran atletimiz nüfuzlu "IAAF World Challange Seiko Golden Grand Prix Osaka 2019” turnirində 16,48 metr məsafəyə tullanmaqla fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Yarışda amerikalı Omar Kreddok qızıl medalın sahibi olub. Çinli atlet Yaminq Zu isə gümüş medala layiq görülüb.

Çəkicatma yarışında çıxış edən Anna Skidan isə 71,5 metr nəticə ilə altıncı pillədə qərarlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video