Alternative content

16:07 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
ANA SƏHİFƏ / DÜNYA
15:33 20.05.2019

Ankara Cümhuriyyət Baş Prokurorluğu FETÖ-yə üzv olan və bu terror təşkilatına xidmət edən daha 249 nəfərin həbsi ilə bağlı sanksiya verib.

AZƏRTAC Ankara Cümhuriyyət Baş Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər 2010-2013-cü illərdə Xarici İşlər Nazirliyinə işə girmək məqsədi ilə test imtahanlarında saxtakarlıqdan bəhrələnənlərdir. Bildirilir ki, xarici dil fənlərinə aid imtahanın nəticələri bu şəxslərin xeyrinə saxtalaşdırılıb. Sanksiyaya əsasən, mayın 20-də ölkənin 42 vilayətində eyni vaxtda antiterror əməliyyatı keçirilib və 78 nəfər həbs olunub.

Digər bir rəsmi məlumatda isə bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Hakurk bölgəsindəki PKK düşərgələrinə dağıdıcı zərbələr endirib. Bundan başqa, bir neçə gün əvvəl təhlükəsizlik qüvvələrinə təslim olan "Kava" ləqəbli Behrüz Düdükkanlu PKK terror təşkilatının Türkiyə ərazisindəki sığınacaq və silah anbarları barədə əhəmiyyətli məlumatlar verib. Bu informasiyalar əsasında, çoxlu sayda silah anbarı məhv edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM