Alternative content

16:45 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyi arasında birgə Fəaliyyət Planına dair kommunike imzalanıb
Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyi arasında birgə Fəaliyyət Planına dair kommunike imzalanıb
ANA SƏHİFƏ / Mədəniyyət
15:27 20.05.2019

20.05.2019 [13:04]
Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Yeni Azərbaycan Partiyası (YAP) ilə Mədəniyyət Nazirliyi arasında Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair birgə Fəaliyyət Planı ilə bağlı kommunike imzalanıb. Sənəd 2019-2020-ci illəri əhatə edir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının təkcə siyasi sahədə deyil, ölkəmizin mədəni həyatında da mühüm rol oynadığını bildirib. Yeni Azərbaycan Partiyasının fəaliyyəti çoxşaxəlidir. Partiyamızın təşkilatçılığı ilə müxtəlif mədəniyyət tədbirləri keçirilir. Bu gün imzalanacaq sənəd də bu işdə mühüm rol oynayacaq. Prezident İlham Əliyev tərəfindən 2019-cu il "Nəsimi ili" elan edilib. Tədbirlər Planı çərçivəsində bununla bağlı da müxtəlif layihələr reallaşdırılacaq.

Mədəniyyət naziri Əbülfəs Qarayev birgə fəaliyyətin insanların mədəni rifahına xidmət edəcəyini bildirib. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışan Ə.Qarayev qeyd edib ki, Ümummilli Lider hər zaman fəaliyyətində xalqına arxalanır və güvənirdi. Nazir deyib ki, hər zaman Azərbaycan mədəniyyətinə, incəsənətinə xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər onun inkişafı, təbliği istiqamətində mühüm addımlar atıb.

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurlara imza atdığını vurğulayan Əbülfəs Qarayev təqdim olunan Tədbirlər Planının əhəmiyyətindən bəhs edib, bu sənəd çərçivəsində bir sıra mühüm tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Sonra Tədbirlər Planına dair təqdimat olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM