20 May 2019 12:55
685
İDMAN
A- A+

Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya paytaxtının ali məktəblərində təhsil alan tələbələr arasında Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, "Spartak” stadionunda keçirilən turnir Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil edilib.

RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev turnirin açılışında çıxış edib. O, turnir iştirakçılarını RAGB-nin sədri Leyla Əliyeva adından təbrik edərək bildirib ki, ilbəil populyarlaşan bu turnir artıq onuncu dəfə keçirilir. E.Hacıyev daha sonra xatırladıb ki, bu il Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi qeyd olunur. Fond Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil etməyə, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasına yönəlmiş çox böyük iş aparır.

Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru Vaqif Bayramov turnir iştirakçılarına uğur arzulayıb.

Minifutbol turnirində 16 komanda iştirak edirdi. Gərgin mübarizə şəraitində keçən turnirdə birinci yeri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və A.İ.Yevdokimov adına Moskva Dövlət Tibbi-Stomatologiya Universitetinin birləşmiş komandası tutub. RF Hökuməti yanında Maliyyə Universitetinin komandası ikinci yerlə kifayətlənməli olub. İlk üçlüyü Moskva Dövlət Pedaqoji Universitetinin komandası qapayıb.

Aleksandr Bodungen ən yaxşı qapıçı, Orxan Kərimov ən yaxşı müdafiəçi, Nurxan Quliyev ən yaxşı hücumçu, Anar Vəliyev isə ən yaxşı "bombardir” hesab edilib. Turnirin bütün iştirakçılarına mükafatlar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video