20 May 2019 11:05
894
SİYASƏT
A- A+

Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib


Mayın 20-də Ukrayna Ali Radasında bu ölkənin altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov və ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil ediblər.

Andiçmə mərasimində təxminən 60 ölkənin prezidentləri, hökumət başçıları və nazirləri iştirak ediblər.

Əvvəlcə Ukraynanın dövlət himni səsləndirilib.

Sonra Vladimir Zelenski Ali Radanın təntənəli iclasında əlini İncilə basaraq Ukrayna xalqına sədaqət andı içib. Ona prezident vəzifəsinə başlaması haqda Şəhadətnamə və dövlət başçısının rəsmi rəmzləri təqdim edilib. Ukrayna Prezidenti andın mətnini imzalayıb və ölkənin Konstitusiya Məhkəməsinin sədrinə verib.

Daha sonra Prezident Vladimir Zelenski mərasimdə çıxış edib. Prezident qeyd edib ki, Ukraynanın Avropaya inteqrasiya siyasəti davam etdiriləcək. "Hər kəs bilsin ki, prezidentlik dövründə xalqın rifahının yaxşılaşdırılması və dövlətin daha da güclənməsi üçün bütün enerjimi sərf edəcəyəm”,- deyə Vladimir Zelenski vurğulayıb.

Andiçmə başa çatdıqdan sonra Mariinski Sarayında Ukraynanın Silahlı Qüvvələrinin iştirakı ilə dövlət bayrağının qaldırılması mərasimi və xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirilib.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Ukrayna Prezidenti Vladimir Zelenskiyə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ali dövləti vəzifəyə seçilməsi münasibətilə təbriklərini çatdırıb. V.Zelenski də öz növbəsində təbriklərə görə Azərbaycan dövlətinin başçısına səmimi təşəkkürünü bildirib.

Daha sonra Ukraynanın yeni seçilmiş Prezidenti adından təntənəli qəbul təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video