Alternative content

09:53 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyanın NTV kanalında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı reportaj yayımlanıb
Rusiyanın NTV kanalında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı reportaj yayımlanıb
ANA SƏHİFƏ / İDMAN
23:55 19.05.2019

Rusiyanın NTV kanalının məşhur "Əsas yol” (Qlavnaya doroqa) proqramında Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə həsr olunmuş "Formula Bakı” adlı xüsusi reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajda bu yaxınlarda Bakıda artıq dördüncü dəfə keçirilmiş Formula 1 yarışının yaddaqalan məqamlarından ətraflı söz açılır. Videosüjetdə qədim Bakının koloritli mənzərələrinin, onun möhtəşəm panoramasının, memarlıq incilərinin, heyrətamiz sahil bağının nümayiş etdirildiyi kadrlar bir-birini əvəzləyir.

Müxbir Alina Mozqova trekdə baş verənləri şərh edərək deyir: "Bura adi günlərdə adi maşınların hərəkət etdiyi geniş prospektdir, lakin bu gün burada sürət üçün heç bir məhdudiyyət yoxdur”.

Aparıcı fikrini davam etdirərək əlavə edir: "Birbaşa şəhər küçələrində Formula 1. Pilotlar buranı "dəlisov” tras adlandırırlar. İldə bir dəfə Bakının mərkəzində saatda 300 kilometrdən çox sürət götürmək olar”.

Formula 1-in pilotları da unudulmayıb. Daniil Kvyat: "Bakı trası yürüşçülərə əməlli-başlı meydan oxuyur. Belə ki, burada sürət çox yüksək, yavaş döngələr olduqca çoxdur. Buna görə də yürüşlər həmişə çox maraqlı və həyəcanlı alınır”.

Aparıcı haqlı olaraq qeyd edir: "Azərbaycan Qran-Prisini ən maraqlı yürüşlərdən biri adlandırırlar. Axı trasların heç də hamısı qədim şəhərin minillik divarlarının böyründən keçmir”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyir: "Biz elə əvvəldən Formula 1 üçün yeni yer qismində Bakını şəhər yürüşü kimi təklif etdik. Bizim şəhər kənarında məxsusi olaraq yeni trek inşa etmək niyyətimiz olmayıb”.

Aparıcı sözləri ilə davam edir: "Azərbaycan həmişə qonaqpərvərliyi ilə şöhrət qazanıb. Burada o qədər qonaq var ki! Əsl bayramdır. 85 min adam üç şəhər yürüşündən birini öz gözü ilə görməyə gəlib. Axı belə yürüş bir də yalnız Monako və Sinqapurda keçirilir”.

Bakıda hər addımbaşı qarşıya çıxan turistlər öz təəssüratlarını bölüşərək deyirlər: "Bu, bizim Formulaya tamaşa etmək üçün ilk səfərimizdir və biz çox güclü təəssürat altındayıq. Buranın çox yaxşı və mehriban insanları var. Çox qonaqpərvər ölkədir. Bura bizim xoşumuza gəlir”.

"Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov belə deyir: "Biz bu yaxınlarda kartinq trasını açdıq. Bizim çox böyük maraqlarımız var, xüsusən daha gənc nəslin nümayəndələrinin. Nə bilmək olar, bəlkə gələcəkdə onlara da Formula 1-də yarışmaq səadəti nəsib olacaq”.

Yürüşlər, Bakı və bakılılar, şəhərimizin qonaqları haqqında maraqlı, dinamik və rəngarəng reportaj ilk baxışda çox adi başa çatır: "Bakı artıq yeni yürüşlərə hazırlaşır. Adi şəhər küçələrinin nə dərəcə hamar və sürətli olduğunu hamıya göstərmək olduqca xoşdur”.

Lakin Bakıya və ölkəmizə sevgi ilə hazırlanmış gözəl və nikbin reportaj fonunda bu sözlər lap yerində səslənir. Axı süjetin son nöqtəsini elə bakılıların özləri qoyur: "Bakıya gəlin. Bakı sizi sevir. Bakı sizi gözləyir”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM