19 May 2019 19:18
631
DÜNYA
A- A+

“Qəbələ” “Sumqayıt” klubunu məğlub edərək Azərbaycan kubokunun qalibi olub


Futbol üzrə Azərbaycan kubokunun final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda reallaşan görüşdə "Qəbələ” klubu 1:0 hesabla qələbə qazanıb.

İnqilab Məmmədovun idarə etdiyi görüşdə hesab dördüncü dəqiqəsində qəbələlilər tərəfindən açılıb. Stiven Monroz adını tabloya yazdırıb. Qoldan sonra hesabı bərabərləşdirməyə çalışan "Sumqayıt” klubu rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıb.

Buna baxmayaraq, birinci hissə "Qəbələ” klubunun minimal hesabla üstünlüyü ilə başa çatıb.

Gərgin idman mübarizəsi şəraitində keçən ikinci hissədə komandalar çalışsalar da hesab dəyişilməyib.

Beləliklə, "Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub.

Xatırladaq ki, nominal meydan sahibi sayılan "qırmızı-qaralar” indiyədək 3 dəfə həlledici görüşə vəsiqə qazansalar da, hamısında uduzublar. Qəbələnin eyni adlı təmsilçisi 2013-2014 mövsümündə "Neftçi”yə (1:1, penal 2:3), son iki ildə isə "Qarabağ” (0:2) və "Keşlə”yə (0:1) məğlub olub.

"Sumqayıt” isə tarixində ilk dəfə finala adlayıb. Bu komandaların Topaz Premyer Liqanın cari mövsümünə təsadüf edən 4 oyununda tərəflər hərəyə bir dəfə 1:0 hesabı ilə qalib gəlib. Digər iki matçda isə heç-heçə qeydə alınıb – 1:1, 2:2.

"Qəbələ” və "Sumqayıt” kubokda ilk dəfə qarşılaşıblar. Topaz Premyer Liqada isə geridə qalan 28 oyundan yalnız 3-də "gənclik şəhəri” təmsilçisi qalib gəlib. On yeddi görüşdə "Qəbələ” üstün olduğu halda, 8 dueldə bərabərlik olub. "Qırmızı-qaralar” top fərqində də öndədirlər – 47:21.

"Sumqayıt” finala qədər "Neftçi” (2:0, 0:1) və "Zirə”ni (0:0, 3:3) mübarizədən kənarlaşdırıb. "Qəbələ” isə "Sabah”la (1:0, 1:0) "Qarabağ”dan (1:0, 1:2) güclü olub.

Qeyd edək ki, 2018-2019 mövsümündə Topaz Premyer Liqanın qalibi "Qarabağ” olub. Ağdam təmsilçisi ölkəni UEFA Çempionlar Liqasında, gümüş mükafatçı "Neftçi” ilə bürünc mükafatçı "Səbail” və "Qəbələ” ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video