Alternative content

21:30 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi başa çatıb
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi başa çatıb
ANA SƏHİFƏ / Mədəniyyət
10:36 19.05.2019
Niderland təmsilçisi Dunkan Lourens qalib olub

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində "Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, "Dare to Dream” ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada Niderland təmsilçisi Dunkan Lourens "Arcade” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 492 xal toplayıb. Qeyd edək ki, Niderland "Eurovision” mahnı yarışmasında 58 dəfə iştirak edib və bu qələbə ilə 5-ci dəfə müsabiqəyə ev sahibliyi edəcək.

"Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində İtaliya ikincisi, Rusiya isə üçüncüsü olub.

Azərbaycanlı ifaçı Çingiz Mustafayev "Truth” mahnısı ilə yarışmanı 7-ci sirada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

Qeyd edək ki, müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil edilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM