Alternative content

01:56 12 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Etibarlı və məsuliyyətli tərəfdaşlıq
Etibarlı və məsuliyyətli tərəfdaşlıq
ANA SƏHİFƏ / SİYASƏT
02:01 19.05.2019


İlham Əliyevin Brüssel səfəri Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə mühüm töhfə verməklə yanaşı, yeni sazişin imzalanması prosesini bir qədər də yaxınlaşdırdı


Son illərdə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Hazırda Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan bir dövlətdir.

Azərbaycan dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirməklə yanaşı, xarici siyasətini yeni vektorlara uyğun olaraq, həm də qeyri-ənənəvi istiqamətlər üzrə fəal nümayiş etdirir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycan həm öz ətrafında əlverişli xarici mühit formalaşdırıb, həm də öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib.

Bütün bunlarla yanaşı, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də beynəlxalq təşkilatlarla - NATO, ATƏT, AŞPA, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarla fəal əməkdaşlığın həyata keçirilməsidir. Müstəqilliyinin bərpasından sonra beynəlxalq təşkilatlarla əlaqələrini getdikcə möhkəmləndirən respublikamız həm siyasi, həm də iqtisadi dividendlər qazanıb. Rəsmi Bakının əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır.

Təkcə bu qurumla Azərbaycan arasındakı son 15 ildə reallığa çevrilən iqtisadi münasibətlərə nəzər yetirsək əlaqələrin hansı səviyyədə olduğunu aydın şəkildə görə bilərik. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini bu ittifaqın üzv ölkələri ilə olan ticari əlaqələr təşkil edir. Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun 35 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb. Azərbaycan Avropa İttifaqına üzv 9 dövlət ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu isə o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı özünə strateji tərəfdaş hesab edir.

Əməkdaşlığa gəlincə, respublikamızla Avropa İttifaqı münasibətləri 1991-ci ildə yaranıb. Azərbaycan 1996-cı ildə bu təşkilatla tərəfdaşlıq və əməkdaşlıq sazişi, 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən "Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri imzalanıb.

Bütün bunlar da onu deməyə əsas verir ki, Azərbaycan yalnız enerji sahəsində deyil, ümumiyyətlə, təhlükəsizlik aspektində Avropa üçün çox vacib tərəfdaşa çevrilib.

2018-ci ilin iyul aynın 11-də isə Brüsseldə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə tərəflər arasında paraflanan "Tərəfdaşlıq prioritetləri”nin Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını bir daha müəyyənləşdirdi.

Dövlət başçısının Brüsselə bu həftə (13-14 may) etdiyi işgüzar səfər çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyi zamanı söylədiyi fikirlər, Avropa İttifaqının Prezidenti Donald Tuskla keçirdiyi görüşdə aparılan müzakirələr Azərbaycan - Avropa İttifaqı əlaqələrinin inkişafına müsbət töhfəsini verdi. Eləcə də bir sıra sahələr üzrə əməkdaşlıq prioritetləri nəzərdən keçirildi.

Ümumiyyətlə, İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində hazırda Aİ ilə demək olar bütün sahələrdə əməkdaşlıq mövcuddur. Bu da onu göstərir ki, Cənubi Qafqazın lider ölkəsi dünyanın güclü təşkilatlarından biri ilə strateji xarakterli əməkdaşlıq istiqamətində ciddi addım atır.

Bu, bir tərəfdən, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun səmərəliliyinin göstəricisidirsə, digər tərəfdən, İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsidir.

Prezidentin Belçika səfərinə ümumi nəzər salsaq görərik ki, dövlət başçısının keçirdiyi görüşlər həm də Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədi isə ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır.

Onu da xüsusi olaraq vurğulamalıyıq ki, həmin sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq, Azərbaycan və Avropa İttifaqı tərəfindən tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd, həmçinin Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Avropa İttifaqının mümkün töhfəsini qeyd edir.

Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, "Cənub qaz dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanır və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir. Paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb.

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycan Prezidenti ilə görüşü zamanı ölkəmizi Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaşı kimi qiymətləndirməsi və ölkəmizin regionda oynadığı rolun Aİ tərəfindən müsbət dəyərləndirildiyini vurğulaması isə deyilənləri bir daha təsdiqləyir.

Bəzi dairələrin Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul edilən yekun bəyanatla bağlı iddialarının isə heç bir əsası yoxdur. Çünki tədbirdə ilkin olaraq tezislərdən ibarət yekun bəyanat verilməsi nəzərdə tutulub. Sonra isə bütün iştirakçı dövlətlərin rəyi də nəzərə alınmaqla, Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarının adından ümumi yekun qeydlər sənədinin qəbul olunması qərara alınıb. Bu sənəddə də Aİ-nin əvvəlki illərdə qəbul olunmuş sənədləri, o cümlədən 2017-ci il Brüssel sammitinin yekunları ilə bağlı sənədin müvafiq müddəaları da öz əksini tapıb. Birmənalı şəkildə bildirmək olar ki, Aİ "Şərq Tərəfdaşlığı” proqramında iştirak edən bütün dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair hazırlanan sənəddə isə əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir.

Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə də öz vətəndaşlarının və şirkətlərinin maraqlarını qorumalıdır. Buna görə də bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılmasına səylər göstərilir. Bu məqam qəbul olunması nəzərdə tutulan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir.

Göründüyü kimi, Azərbaycan Aİ ilə öz münasibətlərini məhz çoxşaxəli sistem kimi formalaşdırır. Bu həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına uyğundur. Həm hazırlanmaqda olan yeni saziş, həm də Aİ ilə Azərbaycan arasında münasibətlər gələcəkdə hər iki tərəfə çox ciddi müsbət imkanlar yaradacaq.

Əlbəttə ki, münasibətlərin inkişafı təkcə Azərbaycanın deyil, həm də Aİ-nin marağına cavab verən addımdır. Bu gün Azərbaycan bir çox Avropa ölkələrini neftlə təchiz edir və 2020-ci ildən "Cənub qaz dəhlizi” vasitəsi ilə həmin ölkələri təbii qazla da təchiz edəcək.

Azərbaycan Avropa üçün əhəmiyyətli nəqliyyat dəhlizi rolunu oynayır. Asiyanı Avropa ilə birləşdirən yeni marşrutun, Şərqlə Qərb arasında körpü rolunu oynayacaq nəqliyyat dəhlizinin istifadəyə verilməsi Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldacaq. Bakı-Tbilisi- Qarsın istifadəyə verilməsi də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafına müsbət təsir göstərib. Bu layihə bilavasitə Avropa İttifaqının da maraqlarına uyğundur.

Ümumiyyətlə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün Avropa İttifaqı ilə Azərbaycan əlaqələrinin inkişafı çox önəmlidir. Yəni bu əlaqələr qarşılıqlı maraqlara söykənir. Avropa İttifaqı Azərbaycanı bir tərəfdaş kimi qəbul etməklə ölkəmizin dəyərlərinə böyük qiymət verir. Tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM