19 May 2019 01:52
631
İQTİSADİYYAT
A- A+

Turizm bölgələrində yolların abadlığının ikiqat əhəmiyyəti var


Ölkədə reallaşdırılan infrastruktur layihələri sırasında avtomobil yollarının çəkilməsi, yenidən qurulması xüsusi qeyd olunmaldır. Müasir, rahat yollar bütün yaşayış məntəqələri ilə yanaşı, turizm bölgələri üçün daha böyük əhəmiyyətə malikdir. Bu baxımdan İsmayıllı rayonu da istisna deyil.

Rayon ərazisində fəaliyyət göstərən "9 №-li Yol İstismarı” MMC tərəfindən Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixdə Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi ilə əlaqədar sərəncamı icra olunur. Bundan əlavə, 2019-cu ildə Quşencə-Zoğallıq avtomobil yolunun yenidən qurulmasına başlanılıb. 8 kilometrlik Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun torpaq yatağının və çınqıl örtüyünün tikinti işləri başa çatıb. Yolun 7 kilometr hissəsinə bir qat asfalt-beton örtük qoyulub. 7 kilometrlik Quşencə-Zoğallıq avtomobil yolunun torpaq yatağının və çınqıl örtüyünün tikintisi yekunlaşıb. Yolun 2 kilometrlik hissəsinə bir qat asfalt-beton örtük qoyulub. Hər iki yolda təmir işləri davam edir. Sumağallı-Qalacıq avtomobil yolunun 7-ci kilometrində qəzalı vəziyyətdə olan körpü təmir olunur.

Ümumilikdə idarə 86 kilometr respublika əhəmiyyətli və 279 kilometr yerli əhəmiyyətli avtomobil yollarına, 23 körpüyə və yol qurğularına xidmət edir. İlin əvvəlindən idarə tərəfindən Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda və yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılıb. Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarının hərəkət hissələrində çalalar doldurulub, yol hamarlanıb.

Eyni zamanda yollardakı istismar müddəti ötmüş nişanların bir qismi təmir olunub, respublika əhəmiyyətli avtomobil yollarının kənarları tullantılardan təmizlənib, Muğanlı-İsmayıllı avtomobil yolunun hərəkət hissəsində qabarmalar və çökmələr aradan qaldırılıb, yollarda üfüqi xətlənmə işləri aparılıb, çatışmayan yerlərə yeni işarə dirəkləri basdırılıb.

Respublika əhəmiyyətli yollarla yanaşı, yerli yolların təmiri və tikintisi işlərinə də xüsusi diqqət yetirilir. Digər bölgələrdə olduğu kimi, İsmayıllıda da yerli əhəmiyyətli yolların tikintisi ildən-ilə genişlənir. Prezidentin sərəncamına əsasən 3 kəndi və bir yaşayış məntəqəsini birləşdirən, 1020 nəfər əhaliyə xidmət göstərən Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunda 72 min kvadratmetr asfalt-beton örtük qoyulub və 12 kilometr yol əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Həmin yolda müxtəlif ölçülü 20 dəmir-beton suötürücü borular qoyulub, 5 avtodayanacaq tikilib. Yol nişanlar və siqnal dirəkləri ilə təmin edilib, Kəlbənd çayı üzərində iki aşırımlı yeni dəmir-beton körpü tikilib. 5 kəndi birləşdirən, 850 nəfərdən çox əhaliyə xidmət edən Minkə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu əsaslı təmir olunub. Yolun Bilistan kəndinədək olan 2,5 kilometr hissəsinin təmirini isə bu il başa çatdırmaq nəzərdə tutulub.

Əli XASAYOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video