Alternative content

22:25 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənayenin qeyri-neft sektorunda 15,5 faiz artım var
Sənayenin qeyri-neft sektorunda 15,5 faiz artım var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:50 19.05.2019


İlin əvvəlindən ölkə üzrə 23,8 milyard manatlıqdan çox ÜDM istehsal olunmuşdur


Dövlət Statistika Komitəsi (DSK) cari ilin yanvar-aprel ayları üzrə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən bəzi makroiqtisadi göstəriciləri açıqlayıb. Bildirilir ki, bu dövrdə ölkə üzrə 23 milyard 813,4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövründəkindən 2,1 faiz çoxdur.

Dörd ay ərzində ölkədə 15,5 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2018-ci ilin yanvar-aprel aylarına nisbətən 2,2 faiz çoxdur. Bu dövrdə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artmışdır. Sənaye məhsullarının 69,7 faizi mədənçıxarma, 25,1 faizi emal, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatı 3 faiz azalmış, əmtəəlik qaz hasilatında 43,5 faiz artım qeydə alınmışdır. Neft hasilatının azalmasına səbəb planlaşdırılmış təmir işləri ilə əlaqədar "Azəri-Çıraq-Günəşli” yatağının "Mərkəzi Azəri” platformasında hasilatın müvəqqəti dayandırılması olmuşdur.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7, maşın və avadanlıqların istehsalı 12,1, mebel istehsalı 50,7, kağız və karton istehsalı 33,1, rezin və plastik kütlə məmulatları istehsalı 28,7, toxuculuq sənayesi məhsulları istehsalı 48,1, içki istehsalı 57,1, kimya sənayesi məhsulları istehsalı 31,2, elektrik avadanlıqları istehsalı 2,6, maşın və avadanlıqların quraşdırılması, təmiri 43,6, tikinti materiallarının istehsalı 5, ağacın emalı və ağac məmulatlarının istehsalı 81,7, əczaçılıq məhsulları istehsalı 54,2, qida məhsulları istehsalı 21,8, tütün məmulatları istehsalı 21,1, geyim istehsalı 10,2, poliqrafiya məhsulları istehsalı 7,4 faiz artmışdır.

Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır - müvafiq olaraq 2,1 və 9,4 faiz.

Hesabata əsasən, ötən 4 ay ərzində əsas kapitala 3 milyard 916 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş ümumi vəsaitin 64,5 faizi məhsul istehsalı və 26,5 faizi xidmət obyektlərinin, 9 faizi ümumi sahəsi 595,6 min kvadratmetrdən çox olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 69,4 faizi daxili sərmayələr olan bu vəsaitlərin 69,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmişdir.

Bütün bu vəsaitlər hesabına ötən dövr ərzində ölkə üzrə bir sıra müxtəlif təyinatlı müəssisə və obyektlər, o cümlədən Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıtda "SOCAR karbamid” və Polietilen zavodları, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq muzeyi, Kəbirli-Eyvazlılar-Birinci Aşıqlı-Əlinəzərli, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, eləcə də Naxçıvan MR-də 1170 şagirdlik iki ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, 2 ambulatoriya-poliklinika, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. istifadəyə verilmişdir.

Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və onların əməkhaqqı barədə də məlumat açıqlamışdır. Məlumata görə, cari il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 1 milyon 580,8 min nəfər olmuşdur. Onlardan 896,2 min nəfəri iqtisadiyyatın dövlət, 684,6 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 21,2 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,9 faizi tikinti, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,3 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Cari ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 577,6 manata çatmışdır. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

DSK-nın digər bir məlumatı ölkə üzrə pərakəndə ticarət haqqındadır. Hesabatda bildirilir ki, 2019-cu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 11,4 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 5 milyard 704,9 milyon manatını ərzaq, içkilər və tütün məmulatları, 5 milyard 652,5 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-aprel aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3 faiz və 3 faiz artmışdır.

Bu dövrdə əhalinin aldığı mallara xərclədiyi vəsaitin 44,9 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 287,6 manat (2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,6 manat çox) olmuşdur. Ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla hər ay 144,5 manatlıq ərzaq, içkilər və tütün məmulatları, 143,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

O ki qaldı qiymətlərə, DSK-nın açıqladığı rəqəmlərə əsasən, ilin əvvəlindən ötən 4 ay ərzində istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətləri 2018-ci ilin eyni dövrünə nisbətən ümumilikdə 2,4, o cümlədən ərzaq, içki və tütün məmulatları 2, qeyri-ərzaq malları 1,2, ödənişli xidmətlər 3,7 faiz bahalaşmışdır.

Raqif MƏMMƏDOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM