19 May 2019 01:32
567
İQTİSADİYYAT
A- A+

Sakinlərin arzuları yerinə yetirilir


Prezidentin əhalinin arzu və istəklərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqlar Göygöl rayonunda da icra olunur, problemləri həll edilir. Buna Qızılqaya qəsəbəsində görülən işləri misal göstərmək olar. Sovetlər dövründə "Radiostansiya” adlanan bu qəsəbədə min nəfərdən çox əhali yaşayır.

Respublikamız müstəqilliyini bərpa etdikdən sonra bura qaz, su xətləri çəkilmiş, elektrik avadanlıqlarında yenidənqurma işləri aparılmışdır. Lakin görülən işlər ehtiyacı ödəmirdi.

Bu yaxınlarda rayon icra hakimiyyətinin başçısı Arif Seyidov qəsəbədə görüş keçirərkən sakinlər ona çatışmazlıqlar barədə arzu və istəklərini bildirdilər. Bundan sonra qəsəbənin yenidən qurulması barədə tədbirlər müəyyənləşdirildi. İndi bura tikinti meydançasını xatırladır. Qəsəbəyə 2 kilometr məsafədən içməli, yaşıllıqları suvarmaq üçün isə 1,5 kilometr məsafədən yeni su xətləri çəkilmişdir.

Qəsəbənin yenidən qurulmasına burada əvvəllər tikilmiş və görkəmsiz halda olan tikililərin sökülməsi ilə başlanılmışdır. Küçələrin işıqlandırılması üçün dayaqlar basdırılmış, bir neçə yerdə uşaq meydançası, stadion, mini voleybol meydançası yaradılmış, istirahət mərkəzi inşa edilmişdir.

Göygöl Rayon İcra Hakimiyyətinin Göygöl şəhəri üzrə nümayəndəsi Mikayıl Hacıyevlə də burada rastlaşdıq. Dedi ki, əsas məqsədimiz buranı nümunəvi qəsəbəyə çevirməkdir. Qəsəbədəki bütün binaların dam örtükləri dəyişdirilmiş, fasad hissələri təmir edilmişdir. Hər gün yük maşınları ilə qəsəbəyə münbit torpaq daşınır. Torpaq tökülmüş ərazilərdə 1000-dən artıq həmişəyaşıl ağac əkilmiş, 2000-dən çox gül kolu basdırılmışdır. Əhalinin qaz təminatını davamlı etmək üçün köhnə borular dəyişdirilmiş, elektrik naqilləri SİP kabellə, sayğaclar smart tipli sayğaclarla əvəz edilmişdir. Hazırda qəsəbənin mərkəzində çay evi inşa edilir, daxili yollar yenidən qurulur.

İcra nümayəndəsi onu da bildirdi ki, görülən işlərə qəsəbə sakinləri də kömək edirlər. Hazırda qəsəbənin yenidən qurulmasında 100 nəfərədək işçi çalışır. Bütün işləri Qurtuluş Gününədək başa çatdırmaq nəzərdə tutulmuşdur.

Qəsəbə sakinləri Səftər Kərimov, Məhəbbət Orucov və Ramiz Abdullayevlə də söhbətləşdik. Onlar görülən işləri yüksək qiymətləndirərək dövlət başçısına və quruculuqda əməyi olanlara minnətdarlıqlarını bildirdilər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video