Alternative content

22:25 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əl işdən soyumur
Əl işdən soyumur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:30 19.05.2019


Baharın gəlişi həyatı canlandırıb. Təbiətin oyanması ilə dağlar, dərələr, düzənlər yaşıllaşıb. Amma bahar daha çox kənd adamlarının fəslidir. Əkən kim, becərən kim, biçinə hazırlaşan kim, bir sözlə, hamı çöldə, hamı iş başındadır.

Ağsu rayonunda da mövsümi işlərin qızğın çağıdır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru İlqar Hüseynov deyir ki, çiyid səpini yekunlaşıb. Keçən il əkin iyun ayına kimi davam etsə də, bu il aprelin 14-dən başlandı. Qısa müddətdə 1000 hektar sahədə pambıq əkildi. Havalar yağıntılı keçməsəydi, çiyid səpinini daha tez yekunlaşdırmaq olardı. Səpin aparılan sahələrdən 450 hektarında çıxış var. Qalan ərazilərdə də vəziyyət qənaətbəxşdir.

Cari mövsüm rayonun 14 kəndində pambıq əkilib. 91 fermer "P-Aqro” MMC ilə müqavilə bağlayıb. Bu qurumun texniki təminatı əkin kampaniyası başlamazdan əvvəl təmin edilib.

Taxıla gəldikdə bu il əvvəlki illə müqayisədə xeyli çox - 36 min hektar sahədə taxıl əkilib. Bundan əlavə, cari ildə təxminən 300 hektar sahədə sarımsaq əkilib. İmişli Şəkər Zavodu ilə bağlanan müqavilə əsasında 43 hektarda şəkər çuğunduru yetişdirilir. Ərəbmehdibəy kəndində isə 30 hektar sahədə çəltik əkilib.

Rayonda kümçülüyə maraq çoxdur. Əhaliyə 400 qutu ipəkqurdu toxumu verilib. İpəkqurdunun saxlanılması üçün nəzərdə tutulan yerlərdə zəruri şərait yaradılıb. Yem bazası sarıdan da problem yoxdur. Son 3 ildə əlavə 75 min tut tingi gətirilərək toxmacarlıq salınıb.

Arı ailələrinin uçota alınması istiqamətində də işlər icra olunur. Bu da əsasən subsidiyanın verilməsində şəffaflığın təmin olunmasından irəli gəlir.

Ərəbuşağı kəndinin bələdiyyə sədri Balafəndi Fərəcov deyir ki, 2 min 500-ə qədər əhalisi olan kənddə əsas məşğuliyyət sahələri heyvandarlıq və əkinçilikdir. Hər iki sahədən qazanc pis olmur. Məsələn, kənd sakini Sənan Səlimov keçən il 50 hektarda pambıq əkib və 118 ton məhsul götürüb. Qazancından məmnundur. Kəndin təxminən 110 sakinini isə pambığın becərilməsinə və yığımına cəlb edir. Onlar da aldıqları əməkhaqqından razıdırlar.

Sənan kümçülükdə də uğur qazanıb. Dediyinə görə, bu sahədə təcrübəsi var. Valideynləri ipəkqurdu bəsləyiblər. Bu təcrübə sayəsində keçən il 520 kiloqram barama istehsal edib.

Fermer keçən il 4 ton sarımsaq da yetişdirib. Sarımsaq təzə çıxan zaman məhsulun xeyli hissəsini münasib qiymətə satıb. Qalan hissəsini isə toxumluq saxlayaraq yenidən əkib.

Sənan həyətyanı təsərrüfatından da istifadə edir. Şəxsi təsərrüfatında saxladığı cins inəklərlə yanaşı, həyət quşları da var. İstixanada paxla və xiyar da yetişdirir.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM