Alternative content

22:24 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalçaçılığın inkişafı yeni dövrə qədəm qoyur
Xalçaçılığın inkişafı yeni dövrə qədəm qoyur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:28 19.05.2019


İqtisadiyyatın bir çox ənənəvi sahələrinin yenidən dirçəldilməsi siyasəti özünü doğruldur. Həmin sahələrdən biri də xalçaçılıqdır. Azərbaycanda xalçaçılığın tarixi qədimdir. Ölkəmizdə toxunan qədim xalçalar dünyanın bir sıra məşhur muzeylərində qiymətli eksponat kimi saxlanılır.

Prezident İlham Əliyevin sərəncamı ilə "Azərxalça” ASC-nin yaradılmasından sonra ölkəmizin bir sıra rayonlarında cəmiyyətin filialları açıldı. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllı rayonlarında cəmiyyətin filialları fəaliyyət göstərir. Bununla yanaşı, Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisinə başlandı. Cari ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub.

Hazırda toxunan xalçalarda Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Ucar, Zərdab, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarının kəndlərində toxunan orijinal Şirvan xalça çeşnilərinə üstünlük verilir. Ümumilikdə isə ölkəmizin bütün bölgələrində toxunan qədim çeşnilər yenidən bərpa olunaraq istehsalata tətbiq edilir. Beləliklə, zəngin xalçaçılıq sənətimizi dirçəltməklə yanaşı, qeyri-neft sektorunun inkişafına da öz töhfəsini verir. Ən başlıcası xalçaçılığın inkişafı qadınlar arasında olan işsizliyin aradan qaldırılmasında müəyyən rol oynayır. Məqsəd bu sahədə 50 mindən çox insanı işlə təmin etməkdir.

Foto Ağaəli MƏMMƏDOVUNDUR,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM