Alternative content

16:53 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Biləsuvarda 10 min hektardan çox pambıq əkilib
Biləsuvarda 10 min hektardan çox pambıq əkilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:28 19.05.2019


Biləsuvarda çiyid səpini başa çatıb. Ötən il 22 min 394 ton xam pambıq istehsal edən biləsuvarlı pambıqçılar cari ildə də yüksək əhvali-ruhiyyə ilə çalışırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu mövsüm Biləsuvarda 9 min 500 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 1481 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. İstehsal müəssisələri və "Aqrolizinq” ASC tərəfindən göstərilən dəstəkdən bəhrələnən pambıqçılar qısa müddətdə 10 min 257 hektar sahədə səpin aparıblar ki, bu da nəzərdə tutulduğundan 758 hektar çoxdur. Səpin aparılan sahələrin 4 min 183 hektarı "MKT” MMC-yə, 2 min 551 hektarı "AZƏRPAMBIQ” MMC-yə, 2 min 7 hektarı "P-Aqro”-ya 1516 hektarı isə "Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur.

Qabaqcıl pambıqçı Fazil Musayev rayonda çiyid səpinini birinci başa çatdıranlardandır. O, uzun illərdir ki, pambıq əkini ilə məşğul olur və həmişə də yüksək nəticə əldə edir. "Ötən il becərdiyim 48 hektar pambıq sahəsinin hər hektarından 50 sentner məhsul götürməklə 240 hektar pambıq tədarük etdim. Bu il isə 70 hektar pambıq əkmişəm və sahəmdə yaxşı cücərti var. Artıq becərmə işlərinə başlamışam. Plantasiyadan bol məhsul götürmək üçün ilk gündən bitkiyə nümunəvi qulluq edirəm” deyə pambıqçı bildirib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM