19 May 2019 01:20
1948
Mədəniyyət
A- A+

İçərişəhərin küçələri


Orta əsrlərdə olduğu kimi, İçərişəhərin üç əsas mərkəzi küçəsi olmuşdur. Bu küçələr hazırda belə adlanır: Böyük qala küçəsi (Qala meydanı küçəsi), Kiçik qala küçəsi (Qala divarı dibi küçəsi) və Karvan yolu küçəsi (A.Zeynallı küçəsi) Böyük qala küçəsi ilə A.Zeynallı küçəsi Qala meydanından başlayır. Orta əsrlərdə bayramlar, şənliklər və ticarət tipli yarmarkalar Qala meydanında keçirilərdi.

Əlbəttə, əsas magistral ticarət küçəsi İpək yolu üzərində olan karvan ticarət yolu idi. Bu küçə Qoşa qala meydanından başlayaraq Multan və Buxara karvansaralarının yanından ("yuxarı bazar” və "aşağı bazar”) keçərək Kiçik karvansaranın (çuxur karvansara) yanındakı gömrükxanayadək uzanardı. Bu küçə demək olar ki, üzbəüz yerləşən ticarət köşklərindən ibarət idi. Həmin küçə boyu Qız qalası, Sıratağlı Dini-Memarlıq Kompleksi, konservasiya olunmuş arxeoloji abidələr, 4 karvansara (Multan, Buxara, İkimərtəbəli və Kiçik karvansaralar), 4 məscid (məktəb-məscid, Aşur məscidi, Məhəmməd məscidi, Şeyx İbrahim məscidi) və digər memarlıq abidələri yerləşir.

Kiçik qala küçəsi Qoşa qala qapılarından sağa - şimal-qərb istiqamətində qala divarları boyu Salyan (cənub) qapısınadək uzanırdı. Rusların Bakını işğal etməsindən sonra - 1806-cı ildən etibarən Kiçik qala küçəsi boyu şimal-şərq qala divarları istiqamətində əsgərlər üçün kazarmalar tikilmişdi. Daha sonra günümüzədək qalan bu kazarmalarda yerli əhali məskunlaşmışdı. Kiçik qala küçəsində Dördkünc qala (cəbbəxana), Ovdan (su anbarı), Hamamçılar məhəlləsi, Ağa Mikayıl hamamı, Qala divarı boyu yeraltı yol, Çin məscidi və s. abidələr yerləşir.

Böyük qala küçəsi İçərişəhəri iki yerə bölürdü: aşağı hissə və yuxarı hissə. İctimai binaların əksəriyyəti aşağı hissədə yerləşirdi. Aşağı hissədə olan küçələrdə həmişə insanlar çox olur, alış-veriş edirlər. Bura sahilə yaxın olduğu üçün küçələrdə balıqçılar, qayıqçılar, həmçinin ağşalvarlılar (gəmilərdə çalışanlar) yaşayırdılar. Yuxarı hissədə isə Şirvanşahlar saray məhəlləsi ətrafında şəhərin zəngin adamları yaşayırdı.

Bundan başqa, İçərişəhərdə çoxlu kiçik, dar küçələr, tinlər, döngələr və dalanlar var. Məsələn, Mirzə Əhməd (Sabir küçəsi), Hamamçılar (Müslüm Maqomayev küçəsi), Tyomnıy ryad (Mirzə Mənsur küçəsi), Pendiryeməyənlər (Mirzə Şəfi küçəsi), Varvarayervskaya (H.Rzayeva küçəsi) və s. Əlbəttə ki, bu küçələr öz adlarını bir neçə dəfə dəyişmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video