Alternative content

15:47 17 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Buta simvolu
Buta simvolu
ANA SƏHİFƏ / Mədəniyyət
01:18 19.05.2019


Bütün dini fəlsəfələrdə Günəş, nur, Günəş zərrəcikləri simvolik xarakter daşıdığına görə insanlar müxtəlif dövrlərdə onlara sitayiş etmişlər. Onlar hətta həmin simvolları məişətdə belə tətbiq edərək sənət əsərlərində təcəssüm etdirmişlər. Bu simvollardan biri də atəşin, nurun rəmzi olan butadır.

Buta dekorativ və tətbiqi sənətdə geniş yayılmış və zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşdirilmişdir. Bakının qədim dövrünü əks etdirən mədəni təbəqədən aşkar olunmuş külli miqdarda sənətkarlıq nümunələri üzərində həkk olunmuş solyar (latınca solaris - günəşli, sol - Günəş deməkdir) və buta (sanskritcə Buddha sözündən formalaşmış, hərfi mənada nur deməkdir) rəsmləri buna misaldır. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması (nur və ya Günəş zərinin simvolik forması) olduğu güman edilir. Buta bir simvol olaraq yanan alovun formasını canlandırır, 6 və ya 9 rəqəmlərini özündə əks etdirir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM