Alternative content

16:34 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
16:02 24.08.2019 Yaponiyada zəlzələ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ da Ermənistandan üz döndərir
ABŞ da Ermənistandan üz döndərir
ANA SƏHİFƏ / SİYASƏT
01:15 19.05.2019


İşğalçı ölkənin bir çox dövlətlərlə əlaqələrinin pisləşməsi Yerevan üçün əlavə problemlər yaradır


Həyata keçirdiyi işğal siyasəti bu gün Ermənistanın təcridinin daha da genişlənməsi, üzləşdiyi sosial-iqtisadi problemlərin daha da dərinləşməsi ilə müşayiət olunmaqdadır. Belə bir vəziyyətdə Ermənistanın bir çox ölkələrlə, o cümlədən Rusiya ilə əlaqələrinin pisləşməsi Yerevan üçün əlavə problemlər yaradır. Amma görünən budur ki, təkcə Rusiya yox, həm də erməni lobbisinin olduğu ABŞ-la Ermənistanın münasibətləri sürətlə pisləşməyə doğru gedir.

Bütün bunlara səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-la bağlı ziddiyyətli mövqeyi, xüsusən də Rusiya mediasına müsahibələrində həmin ölkəni ən sərt şəkildə tənqid edənlərdən biri olduğunu bildirməsidir.

Baş verənlərlə bağlı Ermənistanın "Qraparak” nəşri yazır: "Paşinyanın son iki antiamerika bəyanatları və maliyyə yardımı etməməsinə dair daim narazılığını bildirməsi amerikalıları əsəbiləşdirib”. Nəşrin yaydığı məlumatda qeyd edilir ki, bu fonda Nikol Paşinyan və ABŞ səfirinin son görüşü heç də ürəkaçan olmayıb: "Paşinyan və ABŞ-ın yeni səfiri Lin Treysi arasında görüş qara buludsuz ötüşməyib. Baş nazir öz növbəsində iddia edib ki, daha böyük yardım edə bilərdilər. Vəziyyəti aydınlaşdırmaq üçün Ermənistan hökuməti müxtəlif səviyyəli məmurları Vaşinqtona göndərməyi qərara alıb. Ermənistan XİN öncədən məlumat verməkdən yayınsa da, yaxın vaxtlarda Zöhrab Mnatsakanyanın ABŞ-a yola düşəcəyi ehtimal edilir. Onunla bərabər, Ermənistan Müdafiə Nazirliyi və İqtisadi Blokun məsul şəxslərinin də ABŞ-a yola düşəcəyi gözlənilir. Bundan başqa, bütün dövlət aparatı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfərinin hazırlanmasına cəlb edilib. Hazırda ABŞ-ın Təhlükəsizlik Şurasının katibi, Federal Kəşfiyyat Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərləri ilə görüşün təşkil edilməsinə çalışırlar”.

Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan da ABŞ-la ölkəsinin münasibətlərində ciddi probemlər yaşandığını etiraf edir: "Paşinyanın ABŞ-ı ən çox tənqid edən Ermənistan rəhbəri olması barədə bəyanatını ABŞ-da diqqətlə izləyiblər. Bunun əsasında özləri üçün çıxarış edərək, müəyyən gözləntiləri formalaşdırıblar. Onlar hesab edib ki, ölkədə baş verən dəyişiklik Ermənistan-ABŞ münasibətlərinə müsbət təsir edəcək. Bir il keçməsinə baxmayaraq, Ermənistan tərəfindən xüsusi fəallıq olmaması səbəbindən keçən ilin eyni dövründə açılan əməkdaşlıq pəncərəsi artıq bağlanıb. ABŞ-Ermənistan münasibətləri ilə məşğul olmaq lazımdır. Həmçinin tənqid etmək yox, işləmək lazımdır”.

Sarkisyanın fikrincə, bu bəyanat Ermənistan-ABŞ münasibətlərinə kömək etmir:

"Amerikalılar ABŞ tərəfini tənqid etməklə Ermənistanın Rusiyanı qazanmaq siyasətini qəbul edə bilmirlər. ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kentin Yerevana səfərini xatırlayaq. Bir neçə yardım layihələri imzalanıb. Səfər əhəmiyyətli olub. ABŞ tərəfini təmsil edən məmurun vəzifəsinə, ABŞ dövlət katibinin köməkçisinin müavini olmasına diqqət edək. Son zamanlar yüksək vəzifəli məmurların səfərinin olmaması, görüşlərin baş tutmaması məqamı Ermənistan hökumətində müzakirə edilməlidir. Doğrudanmı, yaranmış vəziyyət Ermənistan-ABŞ münasibətlərinə cavab verir?”

Tramp və Paşinyan arasında görüş ehtimalına toxunarkən Sarkisyan qeyd edib ki, yaxın vaxtlarda belə bir görüşü gözləmək lazım deyil. Hazırda ABŞ-ın öz prioritetlərinin olduğunu və Ermənistanla münasibətdə prezidentin diqqətini çəkəcək bir hal olmadığını qeyd edib.

Karnegi fondunun əməkdaşı, amerikalı ekspert Pol Stronski də ABŞ-ın Yerevandan narazı qaldığını vurğulayır: "Paşinyan özü də ABŞ-dan narazı qaldığını bildirir. Amma şikayət edib ittiham etmək əvəzinə, Paşinyan nəhayət Ermənistan-ABŞ münasibətlərinin yaxşılaşdırılması istiqamətində iş aparmağa başlamalı idi. Bunu etmir və vəziyyəti daha da pisləşdirir. Xatırladım ki, bundan əvvəl Rusiyanın mətbuat orqanlarından birinə verdiyi müsahibəsində Paşinyan, guya ABŞ tərəfini ən çox tənqid edən Ermənistan rəhbəri olduğunu iddia edib. ABŞ ümumiyyətlə Ermənistan üçün müsbət tərəfdaş olub. ABŞ və Ermənistan müqaviləli müttəfiq deyillər, eyni iqtisadi zonada da yerləşmirlər. Lakin 1991-ci ildən başlayaraq Ermənistana yardım şəklində 1 milyard dollar verilib. Ermənistan birnəfəsə ABŞ-dan ən çox yardım alan ölkələrdən biridir. ABŞ bu yardımı edərkən digər ölkələrdən fərqli olaraq, onu hər hansı siyasi, iqtisadi və ya təhlükəsizlik bloklarına qoşulmağa vadar etmir. Bu 1 milyard dollar amerikalı vergi ödəyicilərinin hesabına formalaşan və rəsmi kanallarla gələn yardımdır. Amerikadakı fond və xeyriyyə təşkilatları da Ermənistana yardımlar edirlər. Birləşmiş Ştatlarda Paşinyanın tənqidlərini eşidirlər. Bu addım, onun özü kimi, insanların da Ermənistanı dəstəkləməsi məsələsini mürəkkəbləşdirir”.

Ermənistanla münasibətlərdə hansı problemlərin olmasına və ikitərəfli münasibətlərin inkişafı üçün hansı tədbirlərin görülməsinə zərurət olduğuna gəldikdə isə, Stronski qeyd edib ki, Ermənistan-ABŞ münasibətlərində ziddiyyət var: "Bir çox dövlətlərin ziddiyyətləri var, Ermənistan baxımından Tramp administrasiyasının İranla bağlı kəskin yanaşması narahatlıq mövzusu ola bilər. Bunun İranla yaxşı münasibətlər saxlamağa məcbur olan Ermənistan üçün çətinliklər yaratdığı anlaşılandır. ABŞ baxımından isə, ermənilərdən ibarət hərbi heyətin Suriyada yerləşdirilməsi narahatlığa əsas verən səbəblərdən biridir. ABŞ və Rusiya Suriyada qarşıdurma həddinə çatıb. Buna görə də, ABŞ-da hazırlıq keçən minalardan təmizləmə üzrə mütəxəssislərin Rusiyaya dəstək məqsədilə Suriyada yerləşdirilməsi Vaşinqtonda narahatlığa səbəb olub”.

Beləliklə, Rusiyadan sonra ABŞ-ın da dəstəyini itirməkdə olan Ermənistanın daha zəif duruma düşməsi gözlənilir. Çünki bu ölkə başqalarının yardımı olmadan yaşamaq iqtidarında deyil.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM