Alternative content

15:47 17 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəhərli mərəz - zob
Zəhərli mərəz - zob
ANA SƏHİFƏ / Səhiyyə
01:08 19.05.2019


İnsanlar arasında geniş yayılmış xəstəliklərdən biri də qalxanabənzər vəzin böyüməsi, yəni xalq arasında tanınmış adı ilə zobdur.

Zobun yaranması, əlamətləri, müalicə üsulları ilə bağlı məlumat verən endokrinoloq Nadirə Ağazadə söyləyib ki, bu xəstəlik özünü dəyişik formalarda göstərə bilir. Düyün yoxdursa, bu, diffuz ur, vəzidə düyün askarlanırsa, düyünlü ur sayılır. Zobun əmələ gəlməsində əsas səbəb yod çatışmazlığıdır. Orqanizmdə yod əskikliyi varsa, qalxanabənzər vəzi böyüməyə başlayır, nəticədə zob meydana çıxır. Zob xəstəliklərinin elə əlamətləri var ki, xəstənin xarici görünüşü tiroid hormonlarının az və ya normadan çox işləməsi haqqında məlumat verir. Məsələn, üzün, ayaqların şişkinliyi, ləng danışıq, artıq çəki hipotireozun - qalxanabənzər vəzinin normadan az çalışmasının əlamətləridir. Gözlərin önə doğru qabarması, çəki azlığı, xəstənin aqressiv və ağlağan olması, əllərdə titrəmə, nəm dəri isə qalxanabənzər vəzinin aktiv işləməsindən xəbər verir.

Həkim vurğulayır ki, tiroid vəzi kiçik endokrin orqan olmasına baxmayaraq, insan üçün həyati önəm daşıyan funksiyaları - böyümə və cinsi inkişafı, mübadilə və bədən temperaturunun tənzimlənməsini, sinir sisteminin normal inkişafını idarə edir. Ona görə hər bir insanın tiroid tərəfindən sintez olunan tiroid hormonlarına ömür boyu ehtiyacı var. Hipotireoza ən çox qadınlar arasında rast gəlinir. Xəstələr dərinin quruluğu, saçların tökülməsi, qaşların kənar hissələrinin tökülməsi, dırnaqların laylanması, dərinin sarımtıl rəng alması, şişkinlikdən şikayət edirlər. Şişkinlik, əsasən, göz qapaqlarında, gözlərin altında, bəzən də əllərdə, ayaqlarda və dildə müşahidə olunur. Hipotireozlu xəstə əvəzedici hormonal dərmanını vaxtında və düzgün qəbul edirsə, yuxarıda sadalanan şikayətlər müəyyən müddət ərzində keçir.


Qalxanabənzər vəzinin üstünə yod çəkmək mənasızdır


N.Ağazadə məlumat verir ki, qalxanabənzər vəzinin üstünə yod çəkmək mənasızdır. Aptekdə satılan yod texniki yoddur, orqanizm onu mənimsəyə bilmir. Bəzən görürsən, suyun içinə yod damcıladıb içirlər. Bu, vəzidə böyümə zamanı daha pis nəticə verə bilər. Çünki yod artıq böyümüş vəzi qıcıqlandırır və mənimsəyə bilmir. Özbaşına, həkim göstərişi olmadan yod preparatlarının qəbulu isə fayda əvəzinə, zərər verə bilər. Hipotireozlarda, yəni tiroid yetməzliyində müalicə əvəzedici hormonal dərmanlarla aparılır. Əgər bu diaqnoz qoyulubsa, dərman ömürlük içilməli, fasilə olmamalıdır. Ümumiyyətlə, zob xəstəliyinin ev şəraitində müalicəsi yoxdur.


Tiroid düyünlərin 5 faizində xərçəng riski var


Tiroid düyünlərinin 5%-ində xərçəng riski olduğundan düyün aşkarlanan xəstədə başlanğıc olaraq qalxanabənzər vəzinin hormonları yoxlanılmalı və Tiroid USM edilməlidir. Düyünün xərçəng olma riski Tiroid USM ilə yoxlanır, diaqnoz isə biopsiya (İİAB) ilə dəqiqləşdirilir.

Tiroid xərçənglərinin 4 növü var: follikulyar, papilyar, medulyar və anaplastik. Ən pis proqnoz medulyar və anaplastik xərçənglərə aiddir. Medulyar xərçəngin irsiyyətlə çox bağlılığı var. Follikulyar və papilyar xərçəng isə vaxtında aşkarlansa, xəstə normal həyatına davam edir. Hər bir tiroid düyünu olan insan bu düyünlərdə xərçəng olma riskini bilməlidir. Düyün sürətlə böyüyürsə, (Tiroid USM kontrolu altında), nəfəs darlığı, səs qalınlaşması getdikcə artırsa, 20 yaşdan öncə və 60 yaşdan sonra tiroid düyünü yaranırsa, ailədə tiroid xərçəngi faktı olubsa, baş-boyunla bağlı radioterapiya müalicəsi aparılıbsa, bu, diqqətə alınmalı, düyünə səhlənkar yanaşılmamalıdır.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM