Alternative content

16:06 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ürəyin dostu
Ürəyin dostu
ANA SƏHİFƏ / Səhiyyə
01:06 19.05.2019


Tut bir çox faydalı vitamin və mikroelementlərlə zəngindir. Tərkibində müxtəlif orqanik turşular, fruktoza, qlükoza, efir yağları, A,C, K, B qrupu vitaminləri, fol turşusu, beta-karotin, fosfor, kalium, maqnezium, kalsium, dəmir, sink var.

Kalium, maqnezium və dəmir ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Bu səbəbdən tut ürək-damar sisteminə müsbət təsir edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.

Qara tut qanın tərkibinə də müsbət təsir edir, orqanizmin qanyaradan funksiyasını gücləndirir. Anemiyalardan (qanazlığı) əziyyət çəkən insanlara fayda verir.

Tutun şirəsi də faydalı məhsuldur. İnfeksion və soyuqdəymə xəstəlikləri zamanı bu şirə xəstənin vəziyyətini yaxşılaşdırır, sağalmanı sürətləndirir.

Tut sinir sistemi üçün xeyirlidir - sakitləşdirir, yuxusuzluğu aradan qaldırır, baş ağrılarını azaldır. Əqli fəaliyyət ilə məşğul olan insanlara bu meyvə xüsusilə xeyirlidir - beyinin fəaliyyətini yaxşılaşdırır, yorğunluğu aradan qaldırır.

Tutun yarpaqları da güclü müalicəvi xüsusiyyətlərə malikdir və yarpaqların dəmlənib içilməsi bronxit, ağ ciyər iltihabları zamanı xeyirlidir - iltihabı azaldır, bəlğəmgətirici təsir edir.

Şəkərli diabet xəstələri üçün də bu dəmləmə müsbət təsir göstərir və qanda şəkərin səviyyəsini aşağı salır. Həmçinin şişkinliyi aradan qaldırır, arterial təzyiqi tənzimləməyə kömək edir, baş ağrılarını azaldır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM