19 May 2019 01:04
1112
Səhiyyə
A- A+

Kartofu belə bişirmək zərərlidir


Dünyada ən çox istifadə edilən və sağlıqlı qida məhsullarından biri də kartofdur. Tərkibində A, C, K, B6 və E vitaminləri var. Həmçinin fol turşusu, potasium, kalsium, dəmir, maqnezium, mislə də zəngindir.

Bu qədər faydalı bitki olmasına baxmayaraq, yanlış bişirildikdə orqanizmə faydasından çox zərəri dəyir. Ləzzətli olmasına baxmayaraq, kartofu qızardıb yemək həddindən çox zərərlidir və orqanizmi artıq kalori ilə yükləyir.

Kartofu qabıqlı halda suda və ya sobada bişirib yemək daha məsləhətlidir. Ən faydalı isə kartofun manqalda və ya közdə qabıqlı bişmişidir. Yalnız bu zaman kartofda olan maddə və vitaminlər insan orqanizmi tərəfindən mənimsənilir.

Kartofu ət yanında qarnir kimi yemək də səhvdir. Ağır ət yeməyi yanında kartof mədəni əlavə yükə salır və həzm prosesləri pozulur ki, nəticədə insan qarında ağırlıq və köp hiss edir. Kartofu göyərti, kələm, pomidor və digər tərəvəzlərlə birgə və ya ayrıca yemək məsləhətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video