Alternative content

00:04 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
18:04 18.06.2019 Çində güclü zəlzələ
18:04 18.06.2019 Platini həbs olundu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
ANA SƏHİFƏ / İDMAN
01:01 19.05.2019


Mayın 18-də Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının üçüncü günü maraqlı idman mübarizəsi şəraitində keçib.

AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə böyük gimnastlar fərdi proqramda gürzlər və lentlə yarışıblar. Turnirdə ölkəmizi Zöhrə Ağamirova və Veronika Qudis təmsil ediblər.

Z.Ağamirova gürzlərlə yarışda 20,800 xalla altıncı yeri tutaraq finala adlayıb. Onunla yanaşı, finalda rusiyalı əkiz bacılar Dina və Arina Averina, Katrin Taseva (Bolqarıstan), belaruslu Anastasia Salos, Ukrayna təmsilçisi Vlada Nikolçenko, sloveniyalı Yekaterina Vedeneva və israilli Nikol Zelikman mübarizə aparacaqlar.

Lakin gimnastımız lentlə yarışlarda 24-cü olub.

Veronika Qudis isə gürzlərlə yarışda 20-ci, lentlə hərəkətlərdə isə 30-cu yerdə qərarlaşıb.

Lentlə yarışların finalına Rusiya təmsilçiləri Aleksandra Soldatova, Dina Averina, bolqarıstanlı Katrin Taseva, Boryana Kalein, Belarus gimnastları Anastasia Salos, Katarina Xalkina, italiyalı Milena Baldassarri və israilli Nikol Zelikman yüksəliblər.

Z.Ağamirova çempionatın ikinci günündə halqa ilə yarışlarda finala vəsiqəni təmin edib.

Sonra gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülük yarışlarında beş lentlə çıxış ediblər. Azərbaycan millisinin çıxışı azarkeşlər tərəfindən böyük coşğu ilə qarşılanıb. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamızın çıxışı 17,300 xalla qiymətləndirilib. Gimnastlarımız bu göstərici ilə doqquzuncu pillədə yer alıblar. Komandamız ehtiyat finalçılar siyahısına düşüb. Rusiya, İsrail, Belarus, Ukrayna, İtaliya, İsveçrə, Litva və İspaniya yığmaları final mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, çempionatın birinci günündə komandamız beş halqa ilə yarışlarda finala vəsiqəni təmin edib.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Komanda yarışlarında Rusiya birinci, Belarus ikinci, Bolqarıstan isə üçüncü olub. Gənclərin qrup hərəkətləri proqramında çoxnövçülükdə isə Rusiya millisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belarus ikinci, İtaliya isə üçüncü yerdə qərarlaşıb.

Mayın 19-da yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına evsahibliyi edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM