18 May 2019 21:58
711
DÜNYA
A- A+

Türkiyə gənc əhalinin sayına görə Avropa lideridir


Türkiyə Avropada ən gənc əhalisi olan ölkə kimi maraq doğurur. "Anadolu” agentliyi Avropa İttifaqının (Aİ) Statistika Xidmətinə (Eurostat) və Türkiyə Statistika İnstitutuna (TÜİK) istinadən xəbər verir ki, ötən il ölkədə 15-24 yaşında 13 milyon nəfər yaşamışdır. Aİ ölkələrində gənclərin ümumi sayı 56 milyon nəfərdir. Beləliklə, Türkiyədə gənclərin sayı Aİ-nin bütün 28 ölkəsinin gənc əhalisinin sayının orta hesabla dörddə birini təşkil edir.

Eyni zamanda Türkiyədə gənclərin sayı ölkə əhalisinin ümumi sayının (82 milyon) 15,8 faizi qədərdir. Aİ ölkələrində bu göstərici orta hesabla 10,8 faizdir.

Türkiyədən sonra Kiprin yunan hissəsi (13,2 faiz) ən gənc nəsli olan Avropa ölkələri arasında ikinci yeri tutur. Sonrakı yerlərdə Danimarka (12,8 faiz) və İrlandiya (12,4 faiz) qərarlaşmışdır. Fransada bu göstərici 11,7 faizə, Almaniyada 10,5 faizə, İtaliyada 9,7 faizə bərabərdir.

Avropa ölkələri arasında ən az gənc əhali Bolqarıstan (9,1 faiz), Çexiya (9,3 faiz) və Latviyada (9,3 faiz) yaşayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video