Alternative content

16:08 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ və Kanada qarşılıqlı cərimə rüsumlarını ləğv etdi
ABŞ və Kanada qarşılıqlı cərimə rüsumlarını ləğv etdi
ANA SƏHİFƏ / DÜNYA
21:58 18.05.2019


ABŞ Kanada və Meksikadan daxil olan polad və alüminiuma tətbiq olunan yüksək gömrük rüsumlarını ləğv edir. Eyni zamanda Kanada ABŞ mallarına cərimə rüsumlarını aradan qaldırır. Bu məlumat Vaşinqton və Ottavanın birgə bəyanatında yer almışdır.

ABŞ Prezidenti Donald Tramp məsələ ilə əlaqədar Vaşinqtonda çıxış edərkən demişdir: "İndicə biz Kanada və Meksika ilə razılaşma əldə edərək gələcəkdə öz mallarımızı bu ölkələrə rüsumsuz, yaxud kiçik gömrük rüsumları ilə göndərəcəyik”.

Öz növbəsində Kanadanın Baş naziri Castin Trüdo rüsumların qarşılıqlı olaraq aşağı salınmasını alqışlamış və Hamiltonda keçirilmiş mətbuat konfransında bildirmişdir ki, "bu, yaxın həftələr ərzində yeni ticarət sazişinin (USMCA) ratifikasiya edilməsi yolunda böyük addımdır”.

Xatırladaq ki, ötən ilin iyununda Tramp Kanada və Meksikadan daxil olan polada gömrük rüsumunu 25 faizə, alüminium idxalına isə 10 faizə qaldırmışdı. Buna cavab olaraq Kanada ABŞ-dan gətirilən mallara, ilk növbədə ət məhsullarına və viskiyə ümumi məbləği 11 milyard avro təşkil edən rüsumlar tətbiq etmişdir.

ABŞ, Meksika və Kanada arasında azad ticarət haqqında saziş ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən imzalanmışdır. Bu saziş Trampın ABŞ üçün sərfəsiz hesab etdiyi NAFTA müqaviləsini əvəzləməli idi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM