Alternative content

22:26 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan böyük futbol bayramına hazırlaşır
Azərbaycan böyük futbol bayramına hazırlaşır
ANA SƏHİFƏ / İDMAN
01:34 18.05.2019


Bakı növbəti mötəbər idman tədbirinə evsahibliyi edəcək


Azərbaycanı dünyaya tanıdan, ölkəmizə gələn xarici turistlərin sayının ildən-ilə artmasına səbəb olan məsələlərdən biri Bakının beynəlxalq tədbirlər mərkəzinə çevrilməsidir. Bakı uzun müddətdir bir sıra qlobal əhəmiyyətli tədbirlərin baş tutduğu əsas məkandır, humanitar forumlara, mədəniyyətlər və sivilizasiyalararası dialoqlara layiqincə evsahibliyi edir.

İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirləri keçirilib. Bu sıraya müxtəlif mövzulu beynəlxalq konfransları, simpoziumları da aid etmək olar. Bu ondan xəbər verir ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır. Respublikamız bu tədbirlərin hamısına layiqincə evsahibliyi edib. Bu evsahibliyinə və ideal təşkilatçılığa isə başqa ölkələr ancaq həsəd apara bilərlər.

Hər bir ölkəni beynəlxalq miqyasda cəlbedici edən cəhətlərdən biri də onun malik olduğu beynəlxalq imicdir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar da hansısa ölkədə öz tədbirlərini keçirərkən onun imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini, təhlükəsizliyini də nəzərə alırlar.

Rusiya və ABŞ-ın ali hərbi rəhbərlərinin danışıqlar üçün görüş yerini Bakıya təyin etmələri bunun təsdiqidir.

Bir daha xatırladaq ki, Azərbaycan indiyədək hər ölkəyə müyəssər olmayan "Avroviziya” musiqi yarışmasına da evsahibliyi edib. 2012-ci ildə Bakıda keçirilən "Avroviziya” musiqi yarışması tarixində ən mükəmməl təşkilatçılıq nümunəsini ortaya qoyub. Eyni fikirləri I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları barədə də söyləmək olar. İlk Avropa Oyunlarına evsahibliyi etməklə ölkəmiz həm də bu yarışmanın təşkilatçılığı məsələsində standartları müəyyən etdi.

Bunlarla yanaşı, 4 ildir ki, Bakı "Formula-1” yarışlarına da evsahibliyi edir. Yüz milyonlarla tamaşaçı auditoriyası olan bu mötəbər yarışın Azərbaycanda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində ölkəmizin malik olduğu potensial imkanları nümayiş etdirir, beynəlxalq idman aləmində nüfuzunu daha da artırır.

Bütövlükdə son illərdə Bakıda saysız-hesabsız mötəbər idman yarışları keçirilib ki, onların hər birində ölkəmiz mükəmməl təşkilatçılıq baxımından öz möhürünü vurub. Təbii ki, bütün bunlar respublikamızın imicinin yüksəlməsinə mühüm təsir edən məsələlərdir.

Mayın 29-da Bakı daha bir mötəbər idman yarışmasına evsahibliyi edəcək. Bu dəfə paytaxtımızın ən möhtəşəm ünvanlarından olan olimpiya stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Məlum olduğu kimi, Avropanın əsas futbol təşkilatı olan UEFA-nın klublararası iki elit turniri var. Bunlardan biri UEFA Çempionlar Liqası, digəri UEFA Avropa Liqasıdır. Təbii ki, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi barədə qərar qəbul edərkən Azərbaycandakı sabitliyi, infrastrukturu, ölkəmizin beynəlxalq tədbirləri təşkil etmək kimi təcrübəsini nəzərə alıb.

Final oyununun Bakıda keçirilməsində Ağdamın "Qarabağ” klubunun UEFA Çempionlar Liqasındakı çıxışı da böyük rol oynayıb. Çünki həmin vaxt Çempionlar Liqasının 3 oyunu Bakı Olimpiya Stadionunda keçirilmişdi. Qrup mərhələsində "Qarabağ”la oynamaq üçün İtaliyanın "Roma”, İngiltərənin "Çelsi” və İspaniyanın "Atletiko” klubları Bakıya gəlmişdilər. Hər üç oyun yüksək təşkilatçılığı ilə yadda qalmış, qonaq komandalar ölkəmizdən xoş təəssüratlarla ayrılmışdılar. Həmin komandaların baş məşqçiləri, bütün dünyada tanınan oyunçuları sosial şəbəkələrdən Bakı ilə bağlı xoş fikirlər söyləmişdilər. Bu mənada Bakı şəhəri nüfuzlu futbol yarışlarının keçirilməsi baxımından beynəlxalq futbol aləmi tərəfindən tanınan şəhərdir.

Beləliklə, mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərə paytaxtını təmsil edən "Çelsi” və "Arsenal” klubları üz-üzə gələcəklər. "Qarabağ”la oynadığına görə Bakı "Çelsi” üçün tanış şəhərdir. Həm bu, həm də digər səbəblərdən "Çelsi”yə Azərbaycan futbolsevərləri də simpatiya ilə yanaşırlar.

Ümumilikdə isə bu oyuna tək Avropa və ya ingilislər deyil, dünyanın bütün futbolsevərləri arasında maraq kifayət qədər böyükdür. Ona görə final yarışmasını canlı izləmək üçün hər iki komandanın minlərlə azarkeşi, futbol həvəskarları Bakıya təşrif buyuracaqlar. Bu oyunun Bakıda keçirilməsi Azərbaycanın növbəti böyük beynəlxalq uğuru kimi tarixə düşəcək. Çünki əvvəllər Bakıda olmayan hər bir xarici vətəndaş Azərbaycanın modern və sivil bir ölkə olduğunu görəcək, paytaxtımızın gözəlliyinin şahidi olacaq. Ən əsası isə odur ki, nümunəvi təşkilatçılığı ilə yenə də qalib Azərbaycan olacaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM