18 May 2019 01:21
854
İDMAN
A- A+

Bədii gimnastımız Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə Avropa çempionatının finalına yüksəlib


Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan idmançısı Zöhrə Ağamirova fərdi proqramda halqa ilə hərəkətlərdə finala vəsiqə qazanıb. AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə gimnastlarımızdan Zöhrə Ağamirova və Veronika Qudis halqa və topla hərəkətlərdə məharətlərini göstəriblər. Z.Ağamirova halqa ilə hərəkətlərdə 20,050 xal toplayaraq səkkizinci yeri tutub. Təmsilçimiz bu nəticə ilə finala vəsiqəni təmin edib. V.Qudis isə halqa ilə hərəkətlərdə 18,250 xalla 19-cu pillədə qərarlaşıb.

Topla hərəkətlərdə isə Z.Ağamirova 20,050 xalla doqquzuncu, V.Qudis isə 17,900 xalla 26-cı olublar.

Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edəcəklər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Avropa çempionatının birinci günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülük yarışlarında beş halqa ilə çıxış ediblər. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız hakimlərdən 21,650 xal alaraq beşinci olub.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına evsahibliyi edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video