18 May 2019 01:21
876
İDMAN
A- A+

Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq


Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə "iTicket” bilet satış şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, razılığa əsasən, "iTicket.az” şirkəti "Bakı 2019” Avropa Gənclər XV Yay Olimpiya Festivalının rəsmi bilet satışının təminatçısı və dəstəkçisi olub.

Gənclər və idman naziri Azad Rəhimov "iTicket.az” şirkəti ilə razılığın əldə olunmasından məmnunluğunu bildirərək deyib: "Biz açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətləri müəyyənləşdirmişik. Həmçinin bütün idman yarışlarına pulsuz biletlərin olmasını planlaşdırırıq. Ümid edirik ki, bütün bunlar yerli və xarici idman azarkeşlərində festivala daha çox maraq cəlb edəcək və bu möhtəşəm idman oyunlarını şəxsən izləmələri üçün şərait yaradacaq”.

"iTicket.az” şirkətinin baş direktoru Ziya Məmmədov saytın Bakıda keçiriləcək Avropa Gənclər XV Yay Olimpiya Festivalının rəsmi dəstəkçisi olmasından qürur duyduğunu vurğulayıb: "Əvvəlki vaxtlarda keçirilmiş belə beynəlxalq tədbirlərdən əldə etdiyimiz təcrübəmiz bizə "Bakı 2019”da öhdəliklərimizi uğurla yerinə yetirəcəyimizə dair inam yaradır”.

Festivalın yarışlarına ümumilikdə 146 min bilet satışa çıxarılacaq. Biletlərin təxminən yarısı iyunun 10-dan "Bakı 2019”un rəsmi saytında https://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytında https://www.iticket.az satışda olacaq. Bundan başqa, bütün idmansevərlər biletləri "Park Bulvar”, "Gənclik”, "28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərindəki 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.

Açılış mərasiminə bir biletin qiyməti 10-15, bağlanış mərasiminə isə 5-10 manat arasında olacaq. Hər iki mərasim "Baku Crystal Hall”da keçiriləcək.

Biletlərin sifarişi və əldə olunması ilə bağlı əlavə məlumat "Bakı 2019”un rəsmi səhifəsində elan ediləcək.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən "iTicket.az” konsert, teatr, idman və əyləncəvi təşkilatların bilet satışını onlayn və oflayn qaydada həyata keçirir. 2017-ci ildən etibarən iTicket.az IV İslam Həmrəyliyi Oyunlarının, "Formula-1” üzrə Azərbaycan Qran-prisinin, qadın voleybolçular arasında Avropa çempionatının (2017), UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının, BMX velosipedi üzrə dünya çempionatının, "Jara-18” beynəlxalq musiqi festivalının, Azərbaycan Cüdo Federasiyasının və AFFA-nın rəsmi bilet təminatçısı və dəstəkçisi olub.

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video