Alternative content

16:31 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
16:02 24.08.2019 Yaponiyada zəlzələ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
ANA SƏHİFƏ / SİYASƏT
22:41 17.05.2019

Mayın 17-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 129-cu sessiyası keçirilib. Finlandiyanın Nazirlər Komitəsinə altı aylıq sədrliyinə yekun vuran bu toplantıda ölkəmizi Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa Şurasının təsis edilməsinin 70-ci ildönümünün qeyd olunduğu bu nazirlər sessiyasında təşkilatın üzləşdiyi təhdidlər, mümkün islahatlar və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Toplantıda çıxış edən nazir müavini Mahmud Məmməd-Quliyev əvvəlcə Avropa Şurası ilə aparılan əməkdaşlığa toxunub və bir müddət öncə təsdiq olunmuş Avropa Şurasının Azərbaycan üzrə növbəti Fəaliyyət Planının icrasından bəhs edib. O, bundan əlavə, Avropa qitəsində mövcud münaqişə zonalarına beynəlxalq təsisatların girişinə dair Azərbaycanın prinsipial mövqeyini xatırladıb və bu zonalarla bağlı mümkün fəaliyyətlərin öncədən legitim mərkəzi hakimiyyət dairələri ilə razılaşdırılmalı olduğunu bəyan edib. Nazir müavini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən hərbi işğalının nəticəsi olaraq yaranmış vəziyyətə istinad edib və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə çıxardığı önəmli hökmdə bu ölkənin Azərbaycanın işğal olunmuş əraziləri üzərində effektiv nəzarəti həyata keçirdiyi barədə gəldiyi qənaəti vurğulayıb.

Qeyd olunmalıdır ki, Avropa Şurası Nazirlər Komitəsi üzv dövlətlərindəki münaqişələri diqqətdən kənar qoymayıb. Belə ki, sessiyanın nəticəsi olaraq qəbul edilmiş siyasi bəyanatda Avropa qitəsinin bəzi hissələrinin məruz qaldığı qarşıdurma və davam edən münaqişələrə görə narahatlıq ifadə edilib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, barışıq və siyasi həll üçün birgə səylərin göstərilməli olduğu açıqlanıb. Daha önəmlisi isə, üzv dövlətlərin hüquq və öhdəlikləri barədə müvafiq qərarda Avropa Şurası Nazirlər Komitəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq edib.

Helsinkidəki sessiyanın ardınca Finlandiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinə yekun vurulub və sədrlik növbəti altı ay üçün Fransaya keçib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM