Alternative content

07:44 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Muzeylər Park Bulvarın qonaqları” adlı tədbir keçirilib
Bakıda “Muzeylər Park Bulvarın qonaqları” adlı tədbir keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
22:38 17.05.2019

Mayın 17-də Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə təşkil olunan "Muzeylər Park Bulvarın qonaqları” adlı tədbirin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə muzeylərin nümayiş etdirdiyi eksponatlarla tanış olublar.

Açılış mərasimində çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, üç gün davam edəcək tədbirə 12 muzeyi − Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, "İçəri Şəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi qatılıb. Tədbirdə iştirak edərək muzeylər müxtəlif proqramlar təqdim edəcəklər.

Mədəniyyət naziri Əbülfəs Qarayev 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş belə bir tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, bu əlamətdar gün ölkəmizdə də müxtəlif tədbirlər, sərgilər təşkil olunaraq geniş qeyd olunur. Həmçinin ölkə ərazisində olan bütün muzeylərə tam ödənişsiz ziyarət etmək imkanı yaradılır.

Nazir vurğulayıb ki, belə bir tədbirin şəhərimizin böyük ticarət mərkəzlərindən birində təşkil olunması xüsusi əhəmiyyət daşıyır: "Muzeylər xalqımızın tarixini, mədəniyyətini özündə qoruyub saxlayan, insanlara təqdim edən böyük bir xəzinədir. Düşünürəm ki, muzey eksponatları, xalqımızın bu böyük sərvəti təkcə muzeylərdə deyil, belə məkanlarda da nümayiş olunmalıdır. İnanıram ki, bu tədbir təkcə ölkə vətəndaşları deyil, eləcə də şəhərimizin qonaqlarının da xüsusi marağına səbəb olacaq”.

Əbülfəs Qarayev belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini qeyd edərək muzey ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik edib.

Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, Park Bulvar AVM-nin rəhbəri Ali Yüksəl, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək Beynəlxalq Muzeylər Gününün əhəmiyyətini qeyd ediblər.

Diqqətə çatdırılıb ki, muzeylər ənənəvi mədəniyyət mərkəzlərindən biri kimi Azərbaycan xalqının zəngin mədəni irsini qorumaqla yanaşı, həm də təbliğ edirlər.

Bu zəngin irsi həm gələcək nəsillərə ötürür, həm də müasir dövrə uyğun yeniliklər edərək ziyarətçilərin rəğbətini qazanırlar.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il ICOM tərəfindən "Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi elan olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM